Kloze Emrelidən narazı qaldı: İki nəfər az işləyirsə, heç nəyə nail olmaq mümkün deyil
Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Almaniya mətbuatı "Nürnberq"in azərbaycanlı hücumçusu Mahir Emrelinin ikinci Bundesliqanın son matçlarındakı performansından yazıb.
Sportal.az xəbər verir ki, “Bild” nəşri millimizin forvardının performansını belə şərh edib:
"Paderborn"la (2:3) matçdakı məhsuldar ötürmədən savayı, azərbaycanlı son bir neçə həftədə çox az nailiyyət əldə edib. Emreli “Elversberq”lə son görüşdə (1:2) bir neçə qol şansı əldə etmişdi".
Lakin komandanın baş məşqçisi Miroslav Kloze “Bild”ə açıqlamasında forvardın da yer aldığı hücum xəttindən razı qalmayıb: "Bu oyunda başqa oyunlarda olduğu qədər istək və sayıqlıq, topsuz işləmək əzmi yox idi. Bu halda biz nəyisə əskik edirik. İki və ya üç nəfər qalanlardan az işləyirsə, heç nəyə nail olmaq mümkün deyil”.
Qeyd edək ki, “Nürnberq” 15 turdan sonra 12-ci pillədədir.
saytlarin hazirlanmasi
Baxış sayı:108
Bu xəbər 11 Dekabr 2024 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















