Kloze Mahir Emrelidən narazı qalıb
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Almaniyanın “Nürnberq” klubunun baş məşqçisi Miroslav Kloze futbolçusu, Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxışı ilə bağlı fikirlərini bildirib.
“Qafqazinfo” “Sport Bild” nəşrinə istinadən xəbər verir ki, o, II Bundesliqanın XI turunda “Hamburq”a qarşı keçirilən matçda futbolçunun oyununu dəyərləndirib.
Mütəxəssis 27 yaşlı hücumçudan razı qalmadığını söyləyib: “Fikrimcə, Mahir Emreli o qədər də yaxşı oynamadı. Topla yetərincə çalışmadı və kifayət qədər çevik deyildi”.
Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb, “Nürnberq”in yeganə qoluna 63-cü dəqiqədə Mahir Emreli imza atıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:36
Bu xəbər 05 Noyabr 2024 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















