Icma.az
close
up
RU
Klublarımızın ilk oyunu evdə keçirməsi sərfəli məqamdı? menecer izah etdi

Klublarımızın ilk oyunu evdə keçirməsi sərfəli məqamdı? menecer izah etdi

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Məlum olduğu kimi, avrokuboklardakı təmsilçilərimiz ilk oyunlarını evdə keçirəcək. “Sabah” Çempionlar Liqasında iyulun 7-si və ya 8-də “Nyu Seynts”i, “Qarabağ” Avropa Liqasında iyuun 9-da “Vestri”ni, “Zirə” iyulun 9-da Konfrans Liqasında “Torpedo”nu, “Neftçi” iyulun 23-də Konfrans Liqasında “Dinamo-Minsk”/“Sileks” cütünün qalibini qəbul edəcək.

Bəs, komandaların ilk oyunlarını evdə keçirməsi lehimizə, yoxsa əleyhimizədi? Ümumiyyətlə, bu məqam nəticələrə nə dərəcədə təsir göstərə bilər?
Bu suallarla menecer Emil Şükürova müraciət etdik. Onun “Football-plus.az”a cavabı:

“İlk oyunun evdə keçirilməsi hansısa ziyan verməz. Bu gün daha çox qol vuran komanda növbəti mərhələyə adlayır. Daha matçın evdə, ya DA səfərdə keçirilməsinin prinsipial əhəmiyyəti yoxdu. Səfər qolu anlayışı da ləğv olunub. Burda yeganə problem azarekeşlərlə bağlı yaşana bilər. Çünki iki komandanın oyunu eyni günə düşsə, neytral tərəfdarlar seçim qarşısında qalacaq, hansı matça gedəcəklərini bilməyəcəklər. İnanıram ki, futbolsevərlərimiz klubları tək qoymayacaqlar”.


Emil bəydən rəqiblərin münasib olub-olmadığını da soruşduq:

“Düzü, futbolda zəif rəqib anlayışı yoxdu. DÇ-də də görürük ki, zəif saydığımız komandalar göstərdiyi oyunlarla sərfəli nəticələr qazanır. O başqa məsələ ki, kimsə favorit sayıla bilər. Ölkəmizdə çempionat “payız-yaz” sistemiylə keçirilir. Komandalar bu ərəfədə istirahət edir. Amma elə rəqiblər olur ki, onlarda yarış “yaz-payız” sistemiylə keçirilir. Bu üzdən daha yaxşı formada olurlar. Ancaq Bakının isti hava şəraitini də nəzərə almalıyıq. Bizimkilər bu cür şəraitə alışmış olur. Yəni bütün komandalar üçün həm sərfəli, həm də sərfəli olmayan məqamlar var”.


KƏNAN BAHADIR
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 22 İyun 2026 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see392

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see368

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see365

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see283

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see273

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see272

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see271

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see263

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see255

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see254

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see240

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see233

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see231

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see230

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see229

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see228

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see227

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see226

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see222

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri