Icma.az
close
up
RU
KOB Model Müəssisə istehsal prosesində sahibkarlara dəstək göstərir

KOB Model Müəssisə istehsal prosesində sahibkarlara dəstək göstərir

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bir il ərzində mindən çox sahibkar KOB Model Müəssisə vasitəsilə öz istehsalını daha səmərəli idarə etməyi öyrənib.

2025-ci ilin ötən dövrü ərzində KOB Model Müəssisə sahibkarlara istehsal prosesinin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli dəstək göstərib. Cari ilin ötən dövründə Model Müəssisə tərəfindən 460 saatdan çox təlim keçirilib ki, bu təlimlərdə 1360-a yaxın sahibkar və istehsalat sahəsində çalışan mütəxəssislər iştirak edib. Təlimlərin məqsədi sahibkarlara öyrəndikləri bilikləri öz müəssisələrində tətbiq edərək məhsuldarlığı artırmağa, xərclərə qənaət etməyə və istehsal prosesindəki itkiləri azaltmağa dəstək olmaqdır. 

KOB Model Müəssisədə keçirilən təlimlər sahibkarların real ehtiyaclarına uyğun olaraq vaxta və xərclərə qənaət üsullarının öyrənilməsi, resurslardan səmərəli və adekvat istifadənin mənimsənilməsi, standartlaşdırma, vaxtın ölçülməsi, qənaətli istehsal metodlarının əyani təbliği, “Soft Skills” (yumşaq bacarıqlar), layihə idarəetməsi, maliyyənin və təchizat zəncirinin idarə olunması, satış və marketinq mövzularını əhatə edib. Eyni zamanda son illərdə sahibkarların rəqəmsal bacarıqlara və “yaşıl iqtisadiyyat”a keçidə göstərdikləri maraq nəzərə alınaraq bu mövzularda da təlimlər təşkil olunub. 

Təlimlərlə yanaşı, KOB Model Müəssisə tərəfindən ümumilikdə 840 saat 5 KOB subyektinə onların müəssisəsində real istehsal proseslərinin təhlili və yaxşılaşdırılması üzrə məsləhət xidməti göstərilib. Bu xidmətlər 2025-ci ilin sonunadək davam etdiriləcəkdir. 

Qeyd edək ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən yaradılmış KOB Model Müəssisə sahibkarlıq subyektlərinin inkişafı üçün “görmə, eşitmə və icraetmə” konsepsiyası əsasında fəaliyyət göstərən, praktiki bilik və təcrübənin birləşdiyi unikal mərkəzdir. Model Müəssisə Azərbaycan Texniki Universitetində fəaliyyət göstərir. Model müəssisənin imkanlarından faydalanmaq istəyən, istehsal sahəsində çalışan biznes subyektləri KOBİA-ya və ya Model Müəssisənin sosial media hesabları vasitəsilə müraciət edə bilərlər. KOB Model Müəssisə tərəfindən sahibkarlara göstərilən xidmətlər ödənişsizdir.

M.MİRZƏ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Noyabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri