Icma.az
close
up
RU
Kobaxidze Bakıdakı səfirliyin yeni ərazisinə baxış keçirəcək

Kobaxidze Bakıdakı səfirliyin yeni ərazisinə baxış keçirəcək

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Hazırkı səfər zamanı sizinlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında görüş planlaşdırılır ki, bu da qarşılıqlı faydalı əməkdaşlığın inkişafı baxımından çox vacibdir".

"Unikal" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu Azərbaycanın Baş Naziri Əli Əsədov gürcü həmkarı İrakli Kobaxidze ilə Bakıda keçirilən görüşü zamanı deyib. 

Əli Əsədov Gürcüstan-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 10-cu iclasının açılışında COP29 konfransında fəal iştirakına görə Gürcüstan hökumətinin başçısına təşəkkür edib və qeyd edib ki, Azərbaycan Gürcüstanın qlobal miqyasda iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi töhfəni yüksək qiymətləndirir: "Keçən il siz iki dəfə Azərbaycanda olmusunuz. Mən sizinlə həm martda, həm də noyabrda COP29 çərçivəsində görüşləri çox yaxşı xatırlayıram. Fürsətdən istifadə edərək, COP29 çərçivəsində fəal iştirakınıza görə sizə təşəkkürümü bildirəcəyəm. Gürcüstanın qlobal miqyasda iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi töhfəni yüksək qiymətləndiririk. Bu gün bizim iqtisadi əməkdaşlığımız var. Qəbul edilmiş qərar və protokollar, eləcə də ikitərəfli sənədlər ölkələrimiz arasında əlaqələrin daha da inkişafına töhfə verəcək". 

Baş nazirin sözlərinə görə, İrakli Kobaxidzenin səfəri çərçivəsində Gürcüstan səfirliyinin yeni binası üçün ayrılmış torpaq sahəsinə baxış keçirilməsi planlaşdırılır: "Sözügedən torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin sərəncamı və Nazirlər Kabinetinin qərarı ilə ayrılıb. O, Bakının mərkəzində, şəhərin ən gözəl yerlərindən birində yerləşir". 

Qeyd edək ki, səfirliyin yeni binasının Yasamal rayonu, Nəriman Nərimanov prospekti, 173 nömrəli məktəbin arxasındakı boş ərazidə inşa olunması nəzərdə tutulur.

Ağarza Elçinoğlu 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://unikal.az
archiveBu xəbər 17 Yanvar 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri