Kobaxidze: Gürcüstan ABŞ və Aİ ilə münasibətlərin bərpası üçün əlindən gələni edəcək
Operativmedia portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Gürcüstan hakimiyyəti ABŞ və Avropa İttifaqı (Aİ) ilə münasibətləri bərpa etmək üçün əlindən gələni əsirgəməyəcək, lakin əsas məsələ Qərbdən qarşılıqlı addımların atılmasıdır.
"Operativ Media" xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
O bildirib ki, Qərb Gürcüstanın hazırkı hakimiyyətini demokratiyadan geri çəkilməkdə, anti-Qərb ritorikasında və konspirasiya nəzəriyyələrinin yayılmasında ittiham edir. Parlament seçkilərindən sonra tənqidlər daha da güclənib.
Baş nazir hesab edir ki, Gürcüstanla Qərb arasında münasibətlər Ukraynadakı münaqişə başa çatdıqdan sonra keyfiyyətcə və əhəmiyyətli dərəcədə bərpa olunacaq. Münasibətlərimizdə sıfırlamanın vaxtı və tarixinə ABŞ-dakı seçkilərin nəticələri daha çox təsir edəcək.
Hökumət başçısı vurğulayıb ki, Ukraynada münaqişənin sona çatması ABŞ-da keçirilən prezident seçkiləri ilə birbaşa bağlıdır.
“Əminəm ki, münaqişə bitdikdən sonra Gürcüstanın hazırkı hakimiyyətinə qarşı təzyiqlər də azalacaq”, - deyə İrakli Kobaxidze vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 06 Noyabr 2024 20:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















