Kobaxidze: Gürcüstan Azərbaycan Ermənistan sülh prosesində irəliləyişi alqışlayır
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Cənubi Qafqaz əhəmiyyətli dəyişikliklər dövrünü yaşayır, iqtisadi və strateji potensiala daha çox diqqət yetirilir”.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT-nin 81-ci sessiyası çərçivəsində keçirilən “Çoxtərəfli tərəfdaşlıq” sammitində çıxışında deyib.
Onun sözlərinə görə, bu gün praktiki regional əməkdaşlıq üçün daha geniş imkanlar açılır.
“Biz qonşularımız arasında sülh prosesində əldə edilmiş irəliləyişi alqışlayırıq və inanırıq ki, regional əməkdaşlığın dərinləşdirilməsi ticarət, nəqliyyat-logistika və iqtisadi inkişaf kimi sahələrdə yeni imkanlar yarada bilər”, - deyə Baş nazir əlavə edib.
Hökumət başçısı Gürcüstanın davamlı sülh və rifaha nail olmaq üçün vacib olan prinsiplərə sadiq qaldığını vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 22 Sentyabr 2026 10:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















