Kobaxidze: Litva və Estoniyanın Gürcüstan rəsmilərinə qarşı sanksiyalarla bağlı qərarı təxribat idi
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Litva və Estoniyanın Gürcüstan rəsmilərinə qarşı sanksiyalarla bağlı qərarı təxribat idi.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
Onun Gürcüstan hökumətinin hər iki ölkənin xalqı ilə xüsusi münasibəti nəzərə alaraq praqmatik yanaşma sərgilədiyini vurğulayıb.
"Biz təxribatlara uymuruq və istənilən belə qərara praqmatik reaksiya verəcəyik, lakin qeyd etmək lazımdır ki, bütün bunlar çox təəssüf doğurur. Ümumiyyətlə, bu iki dövlətin öz xalqının maraqlarına uyğun deyil, kənar sifarişlə hərəkət etməsi qəbuledilməzdir” - deyə İrakli Kobaxidze bildirib.

Litva Gürcüstan rəsmilərinə qarşı sanksiya tətbiq edib
02 Dekabr 2024 17:19
Latviya, Litva və Estoniyanın Gürcüstandakı səfirləri XİNə çağırılıblar
03 Dekabr 2024 19:12
Kobaxidze: Gürcüstan hökuməti avropayönümlüdür
20 Dekabr 2024 15:19
Kobaxidze: Gürcüstan Aİyə inteqrasiyası dayandırılmayıb
09 Dekabr 2024 15:17

