Kobaxidze: Ölkəmizin siyasi sistemini təkmilləşdirmək üçün xarici agentləri Gürcüstandan çıxarmalıyıq
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Tbilisi, 7 oktyabr, AZƏRTAC
"Gürcüstanın siyasi sistemini canlandırmaq lazımdır. Bunun üçün əsas vəzifə xarici agentləri və rezidentləri Gürcüstan siyasətindən uzaqlaşdırmaqdır".
AZƏRTAC xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze söyləyib.
Baş nazir 2028-ci ildə keçiriləcək seçkilərə yeni siyasi spektrlə yanaşılacağına ümid etdiyini bildirib. Hökumət başçısı qeyd edib ki, Gürcüstan siyasətində bir nəfər də olsun xarici agent qalmamalıdır.
"Biz artıq oktyabrın 5-də 2028-ci il parlament seçkilərinə hazırlığa başlamışıq. Biz bütün cəbhələrdə hazırlaşırıq. Ümid edirik ölkəmiz 2028-ci il seçkilərini yenilənmiş siyasi spektrlə qarşılayacaq. Bu vacibdir. Gürcüstan siyasətində artıq heç bir xarici agent olmamalıdır. Gürcüstan siyasətində heç bir xarici agent qalmamalıdır. Biz buna nail olmaq üçün bütün hüquqi vasitələrdən, o cümlədən Konstitusiyadan istifadə edəcəyik. Bu, bizim ən vacib alətlərimizdən biridir" – deyə Kobaxidze vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 07 Oktyabr 2025 22:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















