Icma.az
close
up
RU
Kobaxidze: QHT lər dövlət əleyhinə fəaliyyət göstəriblər, hər kəs istintaqla əməkdaşlıq etməlidir

Kobaxidze: QHT lər dövlət əleyhinə fəaliyyət göstəriblər, hər kəs istintaqla əməkdaşlıq etməlidir

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bir sıra qeyri-hökumət təşkilatlarının (QHT) dövlət əleyhinə fəaliyyət göstərdiyini bəyan edib.

"Report"un məlumatına görə, hökumət başçısı jurnalistlərə açıqlamasında bildirib ki, QHT-lər inqilabi proseslərdə iştirak ediblər:

"Biz hamımız yaxşı bilirik ki, QHT-lər bilavasitə anti-dövlət fəaliyyətində iştirak ediblər. ABŞ-nin hazırkı administrasiyası da bunu etiraf edib. USAİD, NED və digər fondlar vasitəsilə konkret təşkilatlar təkcə Gürcüstanda deyil, müxtəlif ölkələrdə də dövlət əleyhinə fəaliyyətə cəlb olunublar".

Kobaxidzenin sözlərinə görə, bu məsələ istintaq çərçivəsində araşdırılır: "Qalanı istintaqın işidir. Hər kəs istintaqla əməkdaşlıq etməyə borcludur".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:54
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 01 Sentyabr 2025 22:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri