Icma.az
close
up
RU
KOBİA nın sədri: Azərbaycan beynəlxalq yaradıcı iqtisadiyyatın aktiv iştirakçısı ola bilər

KOBİA nın sədri: Azərbaycan beynəlxalq yaradıcı iqtisadiyyatın aktiv iştirakçısı ola bilər

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Azərbaycan yaradıcı sahibkarlığın dəstəklənməsi sayəsində beynəlxalq yaradıcı iqtisadiyyatın aktiv iştirakçılarından birinə çevrilə bilər.

525.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən "Yaradıcı Azərbaycan” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, yaradıcı və mədəni iqtisadiyyatın inkişafı, onun digər sektorlarla inteqrasiyası və innovativ biznes modellərinin tətbiqi ölkəmizin dayanıqlı inkişaf strategiyasının ayrılmaz hissəsidir.

O. Məmmədov vurğulayıb ki, Mədəniyyət Nazirliyinin təşkil etdiyi bu tədbir mədəni və yaradıcı sənayelərin inkişafına, innovativ yanaşmaların stimullaşdırılmasına və müasir biznes modellərinin təşviqinə dair geniş müzakirələrin aparılması üçün mühüm platforma rolunu oynayır: "Yaradıcı sənayelər “gələcəyin iqtisadiyyatı” kimi xarakterizə olunur və bu sektorun inkişafı bilik əsaslı iqtisadi sistemlərin qurulması ilə sıx əlaqəlidir. Ölkə iqtisadiyyatında mədəni və yaradıcı sənayelərin dəstəklənməsi ölkənin dayanıqlı inkişafına mühüm töhfə verə bilər. Xüsusilə kino, moda, dizayn, oyun sənayesi və mədəni startaplar kimi sahələrdə innovativ yanaşmaların tətbiqi bu sektorun potensialını daha səmərəli reallaşdırmağa imkan yaradır. Ölkənin zəngin mədəni irsi və yaradıcı resursları nəzərə alındıqda, bu sahələrin düzgün strateji planlaşdırma ilə inkişaf etdirilməsi Azərbaycanın qlobal mədəni və iqtisadi arenada mövqeyini gücləndirəcək. Eyni zamanda, bu sahədə ekosistemin gücləndirilməsi, sərmayə qoyuluşlarının artırılması və müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi yaradıcı iqtisadiyyatın dayanıqlı inkişafını təmin edən əsas amillərdəndir".

Onun sözlərinə görə, yaradıcı və mədəni sahələr üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyətlərinin dəstəklənməsi istiqamətində KOBİA bir sıra mühüm mexanizmlər tətbiq edir: "Bu dəstək mexanizmləri yaradıcı bizneslərin bazar iştirakçılığını artırmaq, onların maliyyəyə çıxış imkanlarını genişləndirmək və institusional dayanıqlığını gücləndirmək məqsədilə formalaşdırılıb. Hazırda KOBİA mikro və kiçik sahibkarlıq subyektlərinə “startap” şəhadətnaməsi təqdim edir. “Startap” şəhadətnaməsini əldə etmiş sahibkarlıq subyektləri innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən üç il müddətinə azad edilir. Bu güzəşt mexanizmindən faydalanmış sahibkarlıq subyektləri arasında yaradıcı bizneslər, o cümlədən kino, dizayn, oyun sənayesi və digər sahələrdə fəaliyyət göstərən sahibkarlar yer alır".

"KOBİA yaradıcı sahibkarlıq subyektlərinin inkişafına yönəlmiş layihələrin qrant maliyyələşdirilməsini həyata keçirir. Qaydaya uyğun olaraq hər bir layihə üzrə maliyyələşdirmə məbləği 20 min manat müəyyən edilib ki, bu da innovativ və yaradıcı həllərin tətbiqini stimullaşdırmaqla yanaşı, mədəni və sənət yönümlü fəaliyyət göstərən sahibkarların bazara inteqrasiyasına da dəstək hesab edilə bilər. Qeyd edilmiş maliyyə və vergi güzəştləri ilə yanaşı, ölkəmizin müxtəlif şəhər və rayonunda fəaliyyət göstərən KOB inkişafı mərkəzləri vasitəsilə yaradıcı və mədəni sahibkarlıq subyektlərinin institusional və texniki potensialının gücləndirilməsi istiqamətində dəstək tədbirləri də həyata keçirilir",- deyə O. Məmmədov qeyd edib.

Onun sözlərinə görə, biznes idarəçiliyi, rəqəmsal marketinq, qlobal bazarlara çıxış imkanlarının genişləndirilməsi sahəsində təlim xidmətləri təşkil olunur:" Bununla yanaşı, hüquqi və inzibati tənzimləmə sahəsində sahibkarlara məsləhət xidmətləri təqdim edilir, onların mövcud qanunvericilik çərçivəsində fəaliyyətlərini daha effektiv təşkil etmələri üçün dəstək göstərilir: "Ölkəmizin strateji inkişaf planlarına uyğun olaraq, mədəni və yaradıcı sənayelərin iqtisadiyyatımızda xüsusi yer tutması, onların dövlət-özəl tərəfdaşlığı çərçivəsində dəstəklənməsi və qlobal bazarlara inteqrasiyası mühüm vəzifələrdən biridir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Mart 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri