KOBİA sədri: Azərbaycan bu gün gənclərin təşəbbüskarlığına inanır
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 1 noyabr, AZƏRTAC
Azərbaycan bu gün gənclərin təşəbbüskarlığına inanır və buna dəstək verir. Biz Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) olaraq gənc sahibkarlarımızla bir sıra sahələrdə çalışırıq və onlara dəstək göstəririk. Gənclərin dəyişiklik yaratmaq potensialına inanırıq. Çünki hər bir təşəbbüs ölkəmizin sabahına qoyulan bir investisiyadır.
AZƏRTAC xəbər verir ki, bunu KOBİA-nin İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda “Gənc MÜSİAD”ın təşkilatçılığı ilə keçirilən Avrasiya Gənc İş Adamları Forumu - EYBF2025-də çıxış edərkən deyib.
O. Məmmədov qeyd edib ki, gənclər ideyalarına inanırsa, artıq qalib hesab olunurlar: "Bu forumun ən başlıca məqsədi əlaqələr qurmaq deyil, bir ruh, gələcəyə doğru istiqamət yaratmaqdır. Bu dürüstlük əməksevərlik və halal qazanc ruhudur. İstiqamət isə Avrasiyada dayanıqlı, ədalətli və yaradıcı sahibkarlığın inkişaf yoludur".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 01 Noyabr 2025 12:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















