Icma.az
close
up
RU
KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak edib

KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak edib

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 17 sentyabr, AZƏRTAC

Ankarada İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin (COMCEC) dəstəyi və İslam Ölkələri üzrə Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzinin (SESRIC) təşkilatçılığı ilə “KOB-lar üçün innovativ maliyyələşmə mexanizmləri üzrə icra strategiyalarının hazırlanması” mövzusunda seminar keçirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, iki gün davam edən tədbirin məqsədi KOB-ların innovativ maliyyələşdirmə mexanizmlərinə çıxışını genişləndirmək və bu mexanizmlərdən istifadəsini təşviq etməkdir.

Tədbirdə Türkiyə, İordaniya, Malayziya, Mərakeş, Pakistan və Seneqal kimi İƏT-ə üzv ölkələrin müvafiq sahə üzrə ixtisaslaşmış qurumlarının nümayəndələri iştirak ediblər. Ölkəmizi tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin əməkdaşları təmsil ediblər.

Seminarda innovativ maliyyələşdirmə modellərinin hüquqi çərçivələri, KOB-ların maliyyələşdirilməsi üzrə milli və institusional amillər, mövcud dəstək mexanizmləri, KOB-ların maliyyəyə çıxışı ilə bağlı çağırışlar, rəqəmsal kreditləşmə, kraudfandinq, İslam maliyyə alətləri, KOB-ların maliyyə savadlılığı, kredit qabiliyyətinin qiymətləndirilməsi, risklərin idarə edilməsi və digər mövzularda panel müzakirələri keçirilib. İştirakçı ölkələrin nümayəndələri müvafiq istiqamətlərdə təcrübələrini bölüşüb, fikir mübadiləsi aparıblar.

KOBİA nümayəndəsi tərəfindən tədbir çərçivəsində Azərbaycanın KOB evi modeli barədə ətraflı məlumat verilib. KOB evi modeli sahibkarlara vahid məkanda xidmətlərin göstərilməsi üzrə innovativ dəstək aləti kimi İƏT-ə üzv ölkələrin nümayəndələri tərəfindən maraqla qarşılanıb və seminarın yekununa dair tövsiyə sənədində bu modelin İƏT ölkələrində tətbiqi imkanlarının öyrənilməsi də öz əksini tapıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Sentyabr 2026 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see319

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see310

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see263

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see257

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see256

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see241

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see235

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see232

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see214

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see214

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see210

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see210

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see208

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see207

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see204

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see201

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see201

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see200

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see182

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri