Icma.az
close
up
RU
KOBİA nümayəndələri Əbu Dabidə keçirilən İllik İnvestisiya Toplantısında iştirak ediblər

KOBİA nümayəndələri Əbu Dabidə keçirilən İllik İnvestisiya Toplantısında iştirak ediblər

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 8 aprel, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən İllik İnvestisiya Toplantısında (“AIM Congress”) iştirak ediblər.

KOBİA-dan AZƏRTAC-a verilən məlumata görə, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “AIM Congress” çərçivəsində təşkil olunmuş “KOB-ların inkişaf strategiyası: Uğur üçün KOB-ların fəaliyyətinin genişləndirilməsi” mövzusunda panel müzakirədə Azərbaycanda KOB-lar üçün yaradılmış imkanlar və dəstək alətləri barədə məlumat verib. Həmçinin, KOB-ların yaşıl iqtisadiyyata keçidinə dair fikirlərini bölüşən KOBİA sədri bu sahədə agentlik tərəfindən COP29 çərçivəsində irəli sürülmüş “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”, eləcə də özəl sektorda ekoloji, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin tətbiqi üçün aparılan aktiv iş barədə danışıb.

KOBİA nümayəndələri “AIM Congress”in Beynəlxalq Startap Yarışmasında ölkəmizi təmsil edən CLIMASEL startap komandasının stendində də olub, gənclərlə layihəyə xarici investorların marağına dair fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, KOBİA tərəfindən “AIM Congress”ə göndərilmək üçün yerli startaplar arasında Milli Tur keçirilib və müsabiqədə binalar üçün ağıllı panel istehsalı layihəsi olan CLIMASEL qalib gəlib. Startap layihənin müəllifləri Bakı Ali Neft Məktəbinin tələbələridir.

Səfər çərçivəsində KOBİA nümayəndələri Tacikistanın İnvestisiya Agentliyinin direktoru Dilşod Jurazoda, Qvineya Ticarət Palatasının vitse-prezidenti İbrahima Diane, Keniya İnvestisiya Təşkilatının baş direktoru Con Mvendva və Özbəkistanın İnvestisiyaların Təşviqi Agentliyinin direktoru Mansurjon Rasulev ilə görüşüblər.

Görüşlərdə birgə əməkdaşlıq imkanlarına, sahibkarlıq sahəsində təcrübə mübadiləsinə, KOB-lar arasında ticarət və investisiya əməkdaşlığına dair fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Aprel 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see237

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see223

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see196

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see135

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri