Azərbaycan dövləti daim gənclərin potensialına inanır
Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Azərbaycan dövləti daim gənclərin potensialına inanır, onların təhsil alması və inkişaf etməsi üçün əlverişli mühit yaradır. Əminən ki, siz bu imkanlardan yararlanaraq Vətənimizin inkişafına töhfə verəcək, onun adını daim uca tutacaqsınız".
Newscenter.az xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Günay Ağamalının Məzun Günü münasibətilə gənclərə ünvanladığı təbrikdə əksini tapıb.
Millət vəkili qeyd edib:
"Əziz məzunlar!
Sizi həyatınızın mühüm və unudulmaz mərhələsi – Məzun Günü münasibətilə səmimi qəlbdən təbrik edir, həyatınızın yeni mərhələsində hər birinizə nəaliyyətlər arzulayıram.
Bu gün siz yalnız bir təhsil pilləsini deyil, eyni zamanda zəhmət, əzmkarlıq və iradə ilə dolu illəri başa vurursunuz. Qarşınızda geniş imkanlar, yeni hədəflər və məsuliyyətlər dayanır. İnanıram ki, qazandığınız bilik və bacarıqlar, müəllimlərindən aldığınız tərbiyə və vətənpərvərlik ruhu, qazandığınız dostluqlar, öyrəndiyiniz həyat dərsləri sizi cəmiyyətimiz üçün dəyərli vətəndaş, dövlətimiz üçün faydalı kadr kimi formalaşdıracaqdır".
Günay Ağamalı, "Bir daha sizi bu əlamətdar gün münasibətilə təbrik edir, yeni mərhələdə hər birinizə uğur, cansağlığı və böyük nailiyyətlər diləyirəm. Yolunuz açıq və aydın olsun!",-deyə vurğulayıb.
Süleyman
Bu mövzuda digər xəbərlər:KOBİA sədri: Azərbaycan bu gün gənclərin təşəbbüskarlığına inanır
01 Noyabr 2025 12:24
Britaniya Azərbaycanın potensialına inanır SƏFİR DANIŞDI
20 Avqust 2025 14:43
“Daim irəliyə baxan gənclərin seçimi Yeni Azərbaycan Partiyasıdır!”
15 Yanvar 2025 17:37
Qüdrətli Azərbaycan dövləti
29 İyul 2025 09:53
“Azərbaycan dövləti daim insan hüquqlarının təminatçısıdır” mövzusunda TƏDBİR KEÇİRİLDİ
18 Aprel 2025 12:07
Baxış sayı:57
Bu xəbər 14 İyun 2025 11:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















