Icma.az
close
up
RU
KOBİA Türk Ticarət Sərgisində xüsusi stendlə təmsil olunur

KOBİA Türk Ticarət Sərgisində xüsusi stendlə təmsil olunur

Icma.az, Baku.ws saytına istinadən bildirir.

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Bakı Ekspo Mərkəzində keçirilən Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisi, 2-ci Türk Ticarət Sərgisində xüsusi stendlə təmsil olunur.

BAKU.WS KOBİA-ya istinadən xəbər verir ki, 2-ci Türk Ticarət Sərgisi Türk dövlətləri ilə yerli KOB-lar arasında biznes əlaqələrinin inkişafı, ixrac imkanlarının genişləndirilməsi məqsədilə baş tutub.

Tədbir Türk dövlətləri arasında ticarət, investisiya və texnologiya sahələrində əməkdaşlığın gücləndirilməsi, yeni işgüzar əlaqələrin qurulması və satış imkanlarının genişləndirilməsi yolu ilə bizneslərin inkişafına dəstək göstərilməsi məqsədilə təşkil olunub. Sərgidə Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikasından olan şirkətlərin məhsul və xidmətləri sərgilənir.

Forum-sərgi KOBİA və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və Türkiyənin "Rok Expo" şirkətinin təşkilatçılığı ilə keçirilir.

Agentliyin stendində 10-a yaxın KOB subyektinin əl işləri, Qarabağ abidələrini əks etdirən keramik sənət nümunələri, məntiq oyunları, alkoqolsuz içkilər, parfüm, tekstil məhsulları, bağ və ev dekorları, gigiyenik vasitələr, kərə yağı və s. məhsul və xidmətlər nümayiş etdirilir. Agentliyin stendində sosial baxımdan həssas kateqoriyaya aid şəxslərin məhsulları da sərgilənir. Məqsəd yerli KOB-ların məhsullarının xarici bazarlara, o cümlədən Türk dövlətlərinə ixracına, onların müvafiq ölkələrlə biznes əlaqələrinin qurulması və genişləndirilməsinə dəstək olmaqdır.

Qeyd edək ki, forum-sərgi iyunun 12-dək davam edəcək. Forumda "Türk dövlətləri iqtisadiyyatı", "Türk dövlətlərində kənd təsərrüfatı ticarəti və imkanları", "Kommersiya mübahisələrinin həllində arbitraj və mediasiya", "Türk dövlətlərində rəqəmsal ticarət", "Türk dünyası biznes qadınları zirvəsi", "Akademik istiqamətlər", "Startaplar və investisiyalar", "Türk dünyasında medianın gücü" mövzularında panel müzakirələr təşkil olunacaq. Sərgi hissəsində isə 35-ə yaxın sahə üzrə, o cümlədən ticarət, enerji, "yaşıl iqtisadiyyat", turizm, rəqəmsallaşma və s. sahələr üzrə məhsullar və qabaqcıl texnologiyalar nümayiş etdirilir.

Qalereya

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://baku.ws
archiveBu xəbər 11 İyun 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see314

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see253

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see244

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see232

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see232

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see223

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see222

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see215

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see215

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see214

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see212

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see210

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see201

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see201

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see198

Qıdıqlama hansı hallarda təhlükəlidir? Həkim AÇIQLADI

18 Sentyabr 2026 08:42see188

Antibiotiklərin özbaşına qəbulu ciddi fəsadlara səbəb ola bilər PULMONOLOQ

18 Sentyabr 2026 12:46see187

Maliyyə sektorunda nəzarətin genişləndirilməsi vətəndaşın bank hesablarına necə təsir edəcək?

18 Sentyabr 2026 16:47see186

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see186

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri