Icma.az
close
up
RU
Azərbaycan İstanbulda keçirilən “MÜSİAD EXPO” XX Beynəlxalq Ticarət Sərgisində təmsil olunub AZƏRTAC

Azərbaycan İstanbulda keçirilən “MÜSİAD EXPO” XX Beynəlxalq Ticarət Sərgisində təmsil olunub AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

İstanbul, 29 noyabr, Günel Karatepe, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “MÜSİAD EXPO” XX Beynəlxalq Ticarət Sərgisini ziyarət edib.

AZƏRTAC xəbər verir ki, dörd gün davam edən sərgidə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Azərbaycanın 10-a yaxın yerli sahibkarının məhsul və xidmətləri nümayiş olunub.

KOBİA-nın tədbirdə açılan stendində qida, sənaye, tikinti, bərpaolunan enerji, parfümeriya sahələrində məhsullar və xidmətlər sərgilənib. Stenddə, eyni zamanda, KOBİA və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO tərəfindən Azərbaycanın investisiya və ixrac imkanlarına, sahibkarlara göstərilən dəstək və xidmətlərə dair məlumat verilib.

Tədbirdə çıxış edən Prezident Ərdoğan hazırda dünyadakı ən böyük problemlərdən olan qeyri-qanuni miqrasiyaya diqqət çəkib.

Bildirilib ki, bu gün Türkiyə əksəriyyəti suriyalı olmaqla təxminən 3,5 milyon miqranta ev sahibliyi edir. Həmçinin hazırda əksəriyyəti Almaniyada olmaqla, Avropanın müxtəlif ölkələrində 6 milyondan çox türk yaşayır və bu ölkənin iqtisadiyyatına mühüm töhfələr verir.

Bu ilin sonunadək Türkiyənin milli gəlirinin 1 trilyon 331 milyard dollara çatacağının gözlənildiyini deyən ölkə başçısı zəlzələ bölgəsinin bərpası və yenidən qurulması üçün indiyədək təxminən 72 milyard dollar məbləğində vəsaitin xərcləndiyini bildirib.

Qeyd edək ki, bu il “Qlobal ticarət burada” devizi altında keçirilən sərgidə 19 ölkə 300-dən çox şirkət tərəfindən təmsil olunub. Tədbirdə toxuculuq, maşınqayırma, inşaat, enerji, qida, müdafiə sənayesi və qabaqcıl texnologiya firmaları başda olmaqla, 24 müxtəlif sahə üzrə məhsul nümayiş edilib.

Ümumilikdə 115 ölkədən 2150 iştirakçının qatıldığı tədbirdə 88 ölkədən 650-dən artıq satınalma heyəti iştirak edib.

Tədbirin bu il üçün nəzərdə tutulan əsas hədəfi iştirakçı ölkələr arasında ticarət həcminin 1 milyard ABŞ dollarına çatmasıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Noyabr 2024 21:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see286

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see271

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see247

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see245

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see178

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see173

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see161

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see155

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see145

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see139

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see138

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see133

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see131

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see128

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see128

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see127

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see127

Neymar və het trik

04 Dekabr 2025 09:17see125

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri