Kocaman bu ulduzun Fənərbaxça da qalmasını istəyir
Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Seçkilərdə rekord səslə qalib gələn Əziz Yıldırımın ən qısa müddətdə Aykut Kocamanı baş məşqçi postuna gətirəcəyi güman edilir.
"Football-plus.az" xəbər verir ki, Kocamanın təyinatı hələ rəsmiləşməmiş Türkiyə mətbuatında onun heyətdəki bəzi futbolçularla bağlı rəhbərliyə raport təqdim etdiyi qeyd olunub. Belə oyunçulardan biri Marko Asensiodu.
İspaniyalı ulduz geridə qoyduğumuz mövsümdə ''Fənər''in heyətində özünü yaxşı tərəfdən göstərməyi bacaran nadir isimlərdən biri oldu. Ona vətənindən çox ciddi maraq var. Birdən-birə 3 klub - ''Vilyarreal'', ''Espanyol'' və ''Real Sosyedad'' Asensionu həyətində görmək istəyir. Ancaq ''Sözcü'' nəşrinin yazdığına inansaq, Kocaman rəhbərlikdən bu futbolçunun birmənalı şəkildə komandada qalmasını tələb edib.
Təcrübəli mütəxəssis ispaniyalı yarımmüdafiəçinin xidmətindən gələn mövsüm yararlanmağı planlaşdırır. ''Fənər''lə hələ ikiillik müqaviləsi olan 30 yaşlı Asensio Türkiyədə keçirdiyi ilk mövsümü 38 oyun, 13 qol, 14 məhsuldar ötürmə göstəriciləri ilə tamamladı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:187
Bu xəbər 09 İyun 2026 18:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















