Icma.az
close
up
RU
Köçəryan hakimiyyətə qayıdır? "2500 amerikalı kəşfiyyatçı..." ŞƏRH

Köçəryan hakimiyyətə qayıdır? "2500 amerikalı kəşfiyyatçı..." ŞƏRH

Bakupost saytına istinadən Icma.az xəbər verir.


Ermənistanın ikinci prezidenti Robert Köçəryan yenidən fəallaşıb. O, bir tərəfdən Rusiyanı müdafiə edən bəyanatlar verir, digər tərəfdən isə baş nazir Nikol Paşinyana qarşı ağır ittihamlarlar irəli sürür. Maraqlıdır ki, Köçəryanın fəallaşması Kremlin Paşinyana qarşı siyasi təzyiqləri artırdığı bir dövrə təsadüf edir. Son çıxışlarının birində isə o, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistana yardım etməməsini Paşinyanın Moskvaya qarşı siyasəti ilə əlaqələndirib.

“KTMT bizə kömək etmədi. Amma sən bu təşkilatın onurğa sütunu olan Rusiya ilə münasibətləri özün pozdun. Belə olan halda, niyə bizə kömək etməli idi?” – deyə Köçəryan bildirib.

Bəs, Kreml və Köçəryanın sinxron fəallığı Ermənistanda vəziyyəti dəyişə bilərmi? Nikol Paşinyanın devriləcəyi nə dərəcə gözləniləndir?

Mövzu ilə bağlı Bakupost.az -a açıqlama verən politoloq Zərdüşt Əlizadə bildirib ki, Köçəryanın fəallaşmasının ciddi nəticələr verəcəyi gözlənilən deyil.


Politoloq qeyd edib ki, hər şey Amerika kəşfiyyat orqanlarının işinin səmərəliliyindən asılıdır:

"ABŞ dövlət çevrilişləri sahəsində birinci yerdədir. Onlar Paşinyanın siyasətini müdafiə edir. Yerevan isə Amerikanın Yaxın Şərqdəki ən böyük cəbhəxanasıdır. Orada 2500 amerikalı işləyir. Onların əksəriyyəti kəşfiyyatçılar, hərbçilərdir və Paşinyanın qayğısına qala bilərlər.”

Z.Əlizadənin sözlərinə görə, Ermənistanda genişmiqyaslı ictimai hərəkat mümkün deyil, çünki erməni xalqı müharibədən bezib:

“Yəni on minlərlə adam küçəyə çıxmayacaq. Əgər 10 -20 min nəfər çıxsa belə, çox sakit və səbirli şəkildə gözləyəcəklər ki, onları dağılışsınlar. Qaldı hərbi çevrilişə, artıq müdafiə naziri Paşinyanın yaxın dostudur və hərbi kəşfiyyat, əks-kəşfiyyat qurumlarında da dəyişiklik edib, öz adamlarını ora yerləşdirib. Mən düşünmürəm ki, hərbi çevriliş yolu ilə Köçəryan hakimiyyətə gələ bilər.”

Politoloqun fikrincə, nə ictimai, nə siyasi şərtlər Köçəryanın hakimiyyətə qayıtmasına imkan verir:

“Üstəlik, Robert Köçəryanın erməni xalqı qarşısında 2-3 faiz hörməti var. Paşinyanınki isə 14-15 faizdir. Elə yüksək deyil, amma Köçəryanın hörməti ondan 7 dəfə azdır. Ona görə də mənə elə gəlir ki, onlar Paşinyanı heç bir vəchlə devirə bilməyəcəklər. Seçkiyə gəldikdə isə, orada təmiz seçki keçirilir. İndi erməni xalqı kimə səs verərsə, təbii ki, o da baş nazir olacaq. Mənə elə gəlir ki, erməni xalqı müharibəyə, qisasçılığa, yenidən Qarabağ uğrunda döyüşə çağıran namizədə səs verməz.”

Lalə Novruz,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 20 May 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri