Icma.az
close
up
RU
Menu

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Xərçənglə mübarizədə mühüm kəşf: Xəstələrin ömrü uzana bilər

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Köçəryan həbs edildi taleyin ironiyası, ədalətin təntənəsi

Köçəryan həbs edildi taleyin ironiyası, ədalətin təntənəsi

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Zaman ən böyük hakimdir, illər boyunca tələsmədən hər kəsi sanki ələkdən keçirirək öz qiymətini verir və layiq olduğu yeri göstərir. Eynən Ermənistanın sabiq prezidenti Robert Köçəryanın taleyi kimi. Nəhayət, bu günlərdə Azərbaycan cəmiyyətində də çoxdan gözlənilən hadisə baş verdi -adı prezidentlikdən daha çox rüşvətxorluqda, çoxsaylı korrupsiya faktlarında, insan qətllərində, hakimiyyətin zorla zəbt olunmasında, ailə klanı qurmaqda, digər belə çinayətlərdə və Xocalı soyqırımının əsas günahkarlarından biri kimi hallanan  Robert Köçəryan həbsə alındı.

Proses heç də asan yekunlaşmayıb. Yerli mətbuatın yaydığı xəbərlərə görə, avqustun 26-dan başlayaraq gecə səhərə qədər davam edən proses zamanı Köçəryanın vəkilləri bir neçə dəfə xəstəlik bəhanəsi ilə onun xəstəxanaya aparılmasına nail olublar. Xəstəxanada müayinələrdən sonra həkimlər Köçəryanın səhhətində məhkəmə prosesinin dayandırılmasına əsas verəcək problem olmadığına dair rəy veriblər. Bundan sonra Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi işini səhər saatlarında başa çatdıraraq R.Köçəryanın barəsində 2 aylıq həbs qərarı qəbul edib.

Sabiq prezidentin qurduğu cinayət piramidası

Ermənistan Antikorrupsiya Komitəsinin sabiq prezident, “Ermənistan” blokunun lideri Robert Köçəryan da daxil olmaqla, altı nəfər barəsində həbs qətimkan tədbirinin tətbiqi barədə məhkəməyə verdiyi vəsatətləri normal insan şüuru ilə qavramaq mümkün deyil. Sadalanan cinayətlər dəhşət saçır və R.Köçəryanın vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə hüdudsuz bir cinayət piramidası qurduğu barədə konkret təsəvvür yaradır. Təfərrüatlar Antikorrupsiya Komitəsinin yaydığı məlumatda geniş əks olunub. Bildirlir ki, Antikorrupsiya Komitəsində xüsusilə külli miqdarda çirkli pulların yuyulması, vəzifə səlahiyyətlərindən sui-istifadə və xüsusilə külli miqdarda rüşvət alma faktları üzrə həyata keçirilən cinayət icraatı çərçivəsində, R.K. da daxil olmaqla saxlanılan altı nəfər, o cümlədən sabiq prezidentin oğlu, eləcə də 1999-2009-cu illərdə hökumət bağları təsərrüfatının direktoru olmuş A.V. və onun ailə üzvləri barəsində həbs qətimkan tədbirinin tətbiq edilməsi barədə Antikorrupsiya Məhkəməsinə vəsatətlər təqdim edilib.

Xatırladaq ki, bir müddət bundan əvvəl Ermənistanın keçmiş prezidenti Robert Köçəryana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə (3 epizod), xüsusilə külli miqdarda rüşvət alma (2 epizod) və xüsusilə külli miqdarda çirkli pulların yuyulması (4 epizod) ittihamları üzrə açıq cinayət istintaqına başlanılıb. Antikorrupsiya Komitəsinin apardığı istintaq çərçivəsində müəyyən edilib ki, 1998-2008-ci illərdə Ermənistan prezidenti vəzifəsini tutmuş Köçəryan bir sıra şəxslərlə əlbir hərəkət edərək şəxsi və özəl maraqlardan çıxış edərək, dövlət mülkiyyətini özünə, onunla əlaqəli şəxslərə və şirkətlərə güzəştli şərtlərlə, o cümlədən bazar qiymətindən xeyli aşağı qiymətə və açıq hərraclar keçirilmədən ötürmək, habelə bu mülkiyyətin cinayət yolu ilə əldə edilməsini gizlətmək və ona qanuni görkəm vermək məqsədilə xidməti səlahiyyətlərindən istifadə edib.

Ermənistanın Antikorrupsiya Komitəsi tərəfindən cinayət işi üzrə aparılan istintaq çərçivəsində altı nəfər, o cümlədən sabiq prezident Robert Köçəryan, onun oğlu Sedrak və cinayət sxemləri ilə əlaqəli olduğu ehtimal edilən digər şəxslər saxlanılıb.

İbtidai istintaq çərçivəsində 2001-2019-cu illər ərzində sabiq prezidentin oğlunun adına həyata keçirilmiş, ümumi məbləği təxminən 144 milyard dram, 309 milyon dollar, 77 milyon avro və 18 milyon rubl olan pul köçürmələri ilə bağlı hallar da öyrənilir. Bundan başqa, cinayət təqibinə cəlb edilmiş şəxslərə və onların ailə üzvlərinə məxsus olan, Ermənistanda və xaricdə otuzdan çox daşınmaz əmlak obyektinin əldə edilməsi halları araşdırılır.

Bundan başqa, vergi xidməti Köçəryanlar ailəsinə məxsus “Toyota” salonunu möhürləyib. Həmçinin “Oranj fitnes” idman kompleksində istintaq hərəkətləri həyata keçirilir. Robert Köçəryanın oğlu Levonun evində axtarışlar aparılır. Antikorrupsiya Komitəsindən bildirilib ki, cinayət işinin icraatı çərçivəsində onlarla ünvanda axtarışlar və digər prosessual hərəkətlər həyata keçirilir.

S. Sarkisyanın da başı qeylü-qalda

R.Köçəryanla bərabər, zamanında hakimiyyət kürsüsündə onu əvəzləyən digər bir sabiq prezident Serj Sarkisyanın da başı indi qeylü-qaldadır. Antikorrupsiya Komitəsinin yaydığı bəyanata əsasən ona ölkəni tərk etmək qadağası qoyulub. Artıq Serj Sarkisyana qarşı da ittiham irəli sürülüb. “Antikorrupsiya Komitəsində istintaq edilən eyni cinayət icraatı çərçivəsində Ermənistan Respublikasının sabiq prezidenti Serj Sarkisyana Ermənistan Respublikası Cinayət Məcəlləsinin 18 aprel 2003-cü ildə qəbul edilmiş 308-ci maddəsinin 2-ci hissəsi (qüvvədə olan Cinayət Məcəlləsinin 441-ci maddəsinin 2-ci hissəsinin 5-ci bəndinə uyğundur) ilə də ittiham irəli sürülüb”, - deyə komitədən bildirilib.

Xatırladaq ki, daha əvvəl Ermənistan prokurorluğu ölkənin ikinci prezidenti Robert Köçəryana qarşı cinayət işinin başlanması barədə məlumat vermişdi. Ona üç epizod üzrə vəzifə səlahiyyətlərindən sui-istifadə, iki epizod üzrə xüsusilə külli miqdarda rüşvət alma və dörd epizod üzrə xüsusilə külli miqdarda pul yuma ittihamları irəli sürülüb.

Eyni iş çərçivəsində daha doqquz nəfərə, o cümlədən müxtəlif illərdə Ermənistanın müdafiə naziri və baş naziri vəzifələrini tutmuş üçüncü prezident Serj Sarkisyana qarşı da cinayət təqibi başlanılıb.

Hayla gələn vayla gedər

Otuz illik işğal dövründə Ermənistan tərəfindən Azərbaycana qarşı misli görünməmiş müharibə cinayətləri törədilib. Bir milyondan artıq insan ev-eşiyini tərk etmək məcburiyyətində qalıb. Tarixi mədəni-dini abidələrimiz məhv edilib, qəbiristanlıqlarımız təhqirlərə məruz qalıb. Qarabağda və ətraf ərazilərdə soydaşlarımız xüsusi amansızlıqla qətlə yetirilərək izlərini itirmək məqsədilə gizli şəkildə basdırılıblar. Postmüharibə dövründə bir neçə belə məzarlıq aşkarlanıb. Əvvəlcədən hazırlıq görülməklə dəhşətli Xocalı faciəsi törədilib, bütöv şəhər bir gecədə soyqırımına məruz qalıb. Bütün bunların həyata keçirilməsində R.Köçəryanın və S,Sarkisyanın xüsusi “xidmətləri” olub. Hətta onlar ictimai çıxışlarında “Xocalıda baş verənlərdən sonra azərbaycanlılar bizim onlarla zarafat etmədiyimizi anladılar” deməklə soyqırımına birbaşa rəvac verdiklərini etiraf ediblər.

Eks-prezidentləri azərbaycanlılara qarşı xüsusi nifrət birləşdirirdi. Ermənistan mətbuatında, sosial şəbəkələrdə aparılan müzakirələrdə ifadə olunan fikirlərdən o qənaət hasil olur ki,  bu xüsusi nifrət ilk növbədə genetik amillərdən qaynaqlanır. Bəli, Ermənistanda iddia olunur ki, hər iki eks-prezidentin ailə şəcərəsində ata tərəfdən azərbaycanlı izi var, yəni onların ikisinin də anası azərbaycanlılarla vətəndaş nigahında olublar və bu izdivacdan da R.Köçəryan və S.Sarkisyan dünyaya gəlib. Erməni ailələrində anaların öz övladlarına hansı kodları aşıladıqları hər kəsə bəllidir. Bu kodlar daim türklərə, azərbaycanlılara nifrət hissləri ilə şifrələnib. Ermənistanın hazırkı rəhbərliyinin etiraflarından da bunu aydın şəkildə başa düşmək mümkündür.

R.Köçəryanın və S.Sarkisyanın azərbaycanlılara xüsusi nifrət bəsləməklə işğal illərində xalqımıza qarşı amansiz cinayətlər törətmələrinin genetik kodlarına nəzər saldıq. İstintaq materiallarından bəlli olur ki, hər iki eks- prezident ermənilərə münasibətdə də səmimi olmayıblar. Ermənistanın 1-ci prezidenti Levon Ter-Petrosyanı 1997-ci ildə hakimiyyətdən devirib, qanunsuz şəkildə onun kürsüsünə sahiblənən Robert Köçəryan, üstündən iki il keçəndən sonra, 1999-cu ilin 27 oktyabrında parlamentin gülləbaran edilməsi ssenarisini hazırlayanlardan idi. O vaxt Köçəryan əl-ayağına dolaşan parlament sədri Karen Demirçyanı, baş nazir Vazqen Sarkisyanı və daha 6 nəfəri - parlament sədrinin müavinləri Yuri Baxşyan və Ruben Miroyan, millət vəkilləri Armenak Armenakyan, Mikayel Kotanyan, Qenrix Abrahamyan və hökumət üzvü Leonard Petrosyanı güllələtdirdi. Silahlı dəstənin başçısının sabiq “Daşnaksutyun” üzvü, 1988-1990-cı illərdə tələbələr hərəkatı fəalı, “Qarabağ hərəkatı”nın aktivlərindən biri Nairi Hunanyanın olması çox şeyi deyirdi.

Robert Köçəryan hakimiyyəti Qarabağ klanının digər üzvü Serj Sarkisyana ötürən zaman da azı 10 nəfər etirazçını qətlə yetirdi. 2008-ci ilin 1 martında törədilən cinayətlər bu günə qədər tam şəkildə araşdırılmayıb. Nikol Paşinyan 2018-ci ildə Sorosun dəstəyi ilə Sarkisyanı devirib, hakimiyyəti ələ alandan sonra Qarabağ klanının liderlərinin əl-ayağını bir yerə yığmağa nail olmuşdu, Köçəryan, Sarksiyan, Ohanyan və digərləri ya həbsxanaya salındılar, ya da məhkəmə kluarlarında aylarla süründülər.

Bəhs olunan cütlük  hakimiyyətdə olanda nə qədər qəddar idilərsə, nə qədər “cəsarətli” görünməyə çalışırdılarsa, son illərin hadisələri təsdiqlədi ki, onlar  bir o qədər də qorxaqdırlar. Zamanında eks-prezidentlər özlərini Ermənistan cəmiyyətinə “Qarabağın qəhrəmanları” kimi təqdim edirdilər. 44 günlük müharibə zamanı isə bu kağız qəhrəmanlarının səsi də çıxmadı. Onların ən yaxşı qiymətini Öz adından və xalqımız adından Azərbaycan Prezidenti İlham Əliyev verib. Dövlətimizin başçısı 2023-cü ilin 23 noyabrında Ağdamdakı Cümə məscidinin qarşısında dəmir yumruğu bir daha göstərərək deyib :”Koçaryan, Sarkisyan, siz diz çökdünüz bizim qabağımızda, siz buranı, işğal edilmiş bütün torpaqları bax, bu günə saldınız. Siz bu məscidi dağıtdınız. İkinci Qarabağ müharibəsi dövründə qaçıb gizləndilər. Döyüş bölgəsinə burunlarını da belə soxa bilmədilər. Bəs, haradadır sizin qəhrəmanlığınız? Dedim ki, çıxarın dəmir-dümürləri, onun qiyməti yoxdur. Qəhrəman ordenləri taxmısınız döşünüzə. Yalançı qəhrəmandır bunlar. Bax, mən burada durmuşam, dağıtdığınız məscidin önündə, dağıtdığınız Ağdam şəhərində, öz ordumla buraya gəlmişəm. Qalib kimi gəlmişəm. Siz isə öz miskin həyatınızın sonuna qədər məğlub edilmiş, qorxaq damğası ilə yaşayacaqsınız. Nə gizlənirsiniz orada siçan kimi?! Koçaryan, Sarkisyan, mən sizə deyirəm”.

R.Köçəryanın həbsə alınması və S.Sarkisyanın həbsinə hazırlıq görülməsi taleyin ironiyasıdır. Hayla gələn, vayla gedər, deyiblər. Əlbəttə, ədalət, beynəlxalq hüquq nöqteyi-nəzərindən həm R.Köçəryan, həm də S.Sarkisyan Azərbaycanda mühakimə olunmalıdırlar. Onlar Ermənistanda siyasi rəqabət zəminində qətllərə rəvac versələr də, mənimsəmələr həyata keçirsələr də, Azərbaycanda törətdikləri cinayətlərin miqyası daha böyükdür. Buna görə də dövlətimiz, xalqımız hər zaman onu istəyib ki, Bakıda layiqli cəzalarını alan separatçı rejimin rəhbərləri kimi, R.Köçəryan və S,Sarkisyan da Azərbaycanda ədalət məhkəməsi qarşısına çıxarılsın. Hələlik Ermənistan konstitusiyası bu şəxslərin Azərbaycana ekstradisiya edilməsiinə hüquqi əsaslar yaratmır. Ancaq hazırda  Ermənistan Azərbaycanın şərti əsasında yeni konstitusiya dəyişikliyi ərəfəsindədir. Rəsmi İrəvan son vaxtlarda ölkəmizin haqlı mövqeyini  nəzərə alır və yaxud buna məcburdur. Yeni konstitusiyada həmçinin respublikamıza, xalqımıza qarşı çoxsaylı cinayətlər törətmiş S.Sarkisyan, R.Köçəryan və digərlərinin Azərbaycana ekstardisiyasına hüquqi əsasların yaradılması da təmin edilməlidir.

Mübariz FEYİZLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 29 Avqust 2026 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see291

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see247

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see245

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see241

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see238

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see234

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see226

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see222

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see217

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see213

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see203

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

15 Noyabr 2026 09:13see194

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see190

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see190

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see186

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see183

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see182

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see170

Xərçənglə mübarizədə mühüm kəşf: Xəstələrin ömrü uzana bilər

15 Noyabr 2026 05:49see169

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri