Icma.az
close
up
RU
Köçəryandan Paşinyana qarşı sərt ittiham: “Müharibədən qaçmaq...”

Köçəryandan Paşinyana qarşı sərt ittiham: “Müharibədən qaçmaq...”

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Eks-prezident Robert Köçəryan Ermənistan rəhbərliyinin üç ölümcül səhvə yol verdiyini qeyd edib. 

“Cebheinfo.az”-ın məlumatına görə, Robert Köçəryan fevralın 17-də keçirdiyi mətbuat konfransında Ermənistan-Rusiya münasibətlərindən və keçmiş işğal olunmuş ərazilərin itirilməsindən danışarkən belə deyib. 

“Qarabağla bağlı nə oldu. Mən özüm bu barədə danışmamışam. Amma Ermənistan fraksiyasının bəyanatı var. O, mənim iştirakımla qəbul olunub. Lakin Qarabağla bağlı nə baş verdiyini və niyə baş verdiyini məndən eşitmək vacib olardı. 

“Dağlıq Qarabağ”ın təslim edilməsi iki mərhələdə baş verdi: 2018-20-ci illər, müharibədən əvvəl və müharibədən sonra, 2023-cü ilin sentyabrına qədər”, - deyə Köçəryan qeyd edib.

İkinci prezident Baş nazirin fəaliyyətini xatırladıb. 

Onun sözlərinə görə, 2019-cu ildə o, vasitəçilərin maraqlı və məqbul təklifinə məhəl qoymayıb, mahiyyətcə danışıqlara sıfırdan başladığını bildirib:

“Bu nə deməkdir? Vasitəçilərə görün nə deyir: “Sən kimsən və 25 ildir nə edirsən?” Mən gəlmişəm, nəyi istəsəm, danışıqları da elə aparacam. Əslində, danışıqlar prosesi dalana dirəndi, sonra da dedi ki, “Qarabağ Ermənistandır, nöqtə”. Əgər belədirsə, onda nə barədə danışıqlar aparmaq olar? Əslində bu, müharibəyə çağırış idi və vəziyyət qaçılmaz şəkildə  müharibəyə gətirib çıxardı”.

Köçəryan əlavə edib ki, Paşinyan özünün bütün davranışları ilə nə etdiyini, nə istədiyini göstərib.

“Təklifi qəbul etmək, danışıqlara başlamaq və nəticəyə gəlmək yaxud gəlməmək üçün əla fürsət idi. Lakin bu, müharibədən qaçmaq üçün bir fürsət idi”, - deyə Köçəryan bildirib.

Onun sözlərinə görə, baş verənlərə səbəb təkəbbür, 2-3 addım belə irəlini düşünə bilməmək və avantürizm səbəb olub: 

“Diplomatiya çuqun başla divarları yarmaq deyil, qapıları axtarmaqdır”. 

Onun sözlərinə görə, ikinci kobud səhv Praqada, Ermənistanın “Dağlıq Qarabağ”ı Azərbaycanın tərkib hissəsi kimi tanıması ilə bağlı məlum bəyanatın qəbul edildiyi vaxt baş verib. 

Robert Köçəryan bildirib ki, bu, Qarabağa əleyhinə çıxarılmış hökm idi. 

Sabiq dövlət başçısı qeyd edib ki, bu, Rusiyanın Ukraynada mövqelərini itirdiyi və “son qatara” tullanmağın düzgün olduğuna İrəvanda qərar verildiyi bir mərhələdə idi: 

“Amma mənim qiymətləndirməmə görə, bu qərar Rusiyanın vasitəçilik mandatını sıfırladı. Noyabrın 9-da “Dağlıq Qarabağ” məsələsi ilə bağlı bəyanatda Rusiya vasitəçi olub. “Dağlıq Qarabağ” Azərbaycanın tərkibi hissəsi elan edilməklə Rusiya missiyası sıfıra endirilirdi. 

Paşinyan nə düşünürdü? Rusiya Qarabağın təhlükəsizliyinə dair öhdəlik götürüb, budur Rusiya, budur Azərbaycan, get bunu et. Amma beynəlxalq münasibətlər belə işləmir. Fikirləşdi ki, qollarını çırmalayıb geosiyasi oyuna girə bilər. 

Kimsə Rusiyanı belə məhəl qoymayacağını düşünürsə, çox yanılır. Ölkəmizdə bir sıra insan Rusiya Federasiyasının öz öhdəliklərini yerinə yetirməməsindən inciyir. Gəlin buna Rusiyanın gözü ilə  baxmağa çalışaq.

Rusiyadan fərqli görünür: Elə bir şeyə ki, güc müdaxiləsi ilə dayandıra bilərsən. Başqa cür mümkün deyildi? Kimin üçün?  Kobud desək, səni atıb düşmən düşərgəsinə keçən Ermənistan Respublikası üçün? Sizlərdən kimsə bunu edərdi? Düşünmürəm”, - Köçəryan jurnalistlərə belə deyib. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:196
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Fevral 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri