Icma.az
close
up
RU
“Köçkün öldü”, köçkün yoxdur

“Köçkün öldü”, köçkün yoxdur

Icma.az, Modern.az saytına istinadən bildirir.

Otuz ilə yaxın davam edən işğal Azərbaycanın tarixində bir milyon insanın taleyinə yazılmış ağır köçkünlük həyatı oldu. O illərdə evindən didərgin düşən insanlar üçün doğma ocaq xatirələrdə yaşadı. Bir gecənin içində yurd-yuvasını tərk etməyə məcbur olan ailələr uzun illər vaqonlarda, çadır şəhərciklərində, yataqxanalarda, yarımçıq tikililərdə yaşamağa məhkum oldular. Həmin dövrdə ən sadə məişət şəraiti, içməli su, sanitar qovşağı, normal yaşayış mühiti belə əksəriyyət üçün əlçatmaz idi. Məktəb, xəstəxana, digər xidmətlər heç yada düşmürdü...

Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan köçkünü doğma torpağa qayıdacağı günün ümidini heç vaxt itirmədi. Hər çətinliyə sinə gərən insanların ən böyük arzusu bir gün yenidən öz evinin qapısını açmaq idi.

Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan dövləti həmin illərdə həm iqtisadi, həm də sosial baxımdan ağır vəziyyətdə olsa da, məcburi köçkünlərin problemlərini daim diqqətdə saxladı. İlk illərdə imkanlar məhdud idi. Dövlət gücləndikcə köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması əsas sosial siyasət istiqamətlərindən birinə çevrildi.

Ölkənin müxtəlif bölgələrində müasir qaçqın şəhərcikləri salındı. Minlərlə ailə yeni mənzillərlə təmin edildi, məktəblər, uşaq bağçaları, tibb məntəqələri, yollar və digər sosial obyektlər tikildi. Bu şəhərciklər əvvəlki çadır və vaqon həyatından müqayisəolunmaz dərəcədə fərqlənirdi. Kədərlisi o idi ki, bu şəhərciklər nə qədər rahat və müasir olsa da, onların adı qaçqın şəhərciyi olurdu. Bu ifadə insanlara hər gün doğma torpaqlarından uzaqda yaşadıqlarını xatırladırdı.

2020-ci ildə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bununla da otuz illik həsrət sona çatdı və tarixdə yeni mərhələ başlandı. İndi “köçkün” anlayışı tarixə çevrilib. “Köçkün” öldü, daha köçkün, köçkünlük yoxdur. Yaşayan doğma yurduna qayıdan Azərbaycan vətəndaşıdır. Bəli, insanlar mərhələli şəkildə öz doğma kənd və şəhərlərinə qayıdırlar. Qaçqın şəhərciyindən çıxıb ata-baba yurduna köçmək bəlkə də bir ömrün ən böyük xoşbəxtliyidir. İnsanın öz kimliyinə qovuşmasıdır.

Bu gün işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri miqyasına görə dünyanın diqqətini cəlb edir. Ermənistanın otuz il ərzində viran etdiyi yurd-yuvamızda həyat yenidən qurulur.

Təbii ki, proses maliyyə və təşkilati baxımdan asan deyil. Maraqlı və diqqətəlayiq məqam odur ki, Azərbaycan dövləti vətəndaşını iki dəfə ev sahibi edir. Birinci dəfə məcburi köçkün olduğu dövrdə ona məskunlaşmaq üçün təhlükəsiz yaşayış şəraiti yaratdı, qaçqın şəhərciyində mənzillə verdi. İkinci dəfə doğma torpaqlar azad olunandan sonra onu öz ata-baba yurdunda yeni evlə təmin edir. Bu, dövlətin vətəndaşa xidmət siyasətinin yüksək nümunəsi və sosial məsuliyyətin praktik ifadəsidir.

Əlbəttə, Ermənistanın Azərbaycana vurduğu mənəvi və maddi ziyanın izləri uzun illər qalacaq. Dağıdılmış şəhərlər, məhv edilmiş kəndlər, viran qoyulmuş tarixi abidələr, qəbiristanlıqlar və insanların yarımçıq qalmış ömür hekayələri heç vaxt unudula bilməz. Onun izi tarixdə əbədi qalacaq.

Bu gün salınan yeni yaşayış məntəqələrinin böyük hissəsi müasir memarlıq üslubu, geniş küçələri, abad infrastrukturu və rahat yaşayış şəraiti ilə seçilir. Bu yanaşma gələcəyin Qarabağını formalaşdırır.

Bununla yanaşı, yeni kənd və qəsəbələrin layihələndirilməsi zamanı bir məqam həssaslıqla nəzərə alınmalıdır. Yaşayış məntəqələri elə tikilməlidir ki, heç vaxt insanların yaddaşında illərlə yaşadıqları qaçqın qəsəbələri xatırlanmasın. Söhbət evlərin quruluşundan, həyətyanı ərazilərdən gedir. Ən ciddi məqam psixoloji amilə gedib çıxır. İnsan doğma yurduna qayıdarkən özünü yeni və firavan bir həyatın başlanğıcında hiss etməlidir. Özünü keçmiş məcburi köçkün həyatının davamında görməməlidir. Azərbaycan Prezidentinin də, Azərbaycan dövlətinin də istədiyi budur.

Böyük Qayıdış milli ləyaqətin, gələcəyə inamın bərpasıdır. Qaçqın şəhərciklərində keçən illər Azərbaycanın yaddaşında həmişə qalacaq, həmin şəhərciklər insanların ömür kitabında həmişə çətin bir mərhələ kimi xatırlanacaq.

Nə yaxşı ki, həmin yolun sonu bizi doğma yurda aparır. İndi Azərbaycan köçkününün hekayəsi qayıdış hekayəsidir.

 Elnur ƏMİROV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 İyul 2026 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri