Icma.az
close
up
RU
Kodlarla aparılan müharibə: XXI əsrin silahları

Kodlarla aparılan müharibə: XXI əsrin silahları

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Müasir dövrün müharibələri artıq yalnız tanklar, toplar və əsgərlərlə aparılmır. İnternetin və informasiya texnologiyalarının sürətli inkişafı ilə döyüş meydanları da dəyişib - indi müharibənin yeni cəbhəsi kiberməkandır. Bu müharibələr bəzən görünməz, səssiz, amma bir o qədər də dağıdıcı olur".

Bunu Bakıvaxtı.az-a açıqlamasında Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov bildirib.

Onun sözlərinə görə, ənənəvi silahlar yerini zərərli kodlara, bot şəbəkələrə, sosial manipulyasiyalara və dezinformasiyalara verir. Kiberhücumlar təkcə kompüter sistemlərinə deyil, həm də dövlətlərin informasiya suverenliyinə və vətəndaşların şüuruna yönəlir:

"Son illərdə xüsusilə Cənubi Qafqaz və Yaxın Şərq regionunda kiberhücumların sayı artmaqdadır. Bu hücumlar əsasən dövlət qurumlarının rəsmi saytları, enerji infrastrukturları, bank sistemləri və media platformalarına qarşı yönəlir. Bu, həm texnoloji, həm də siyasi təzyiq aləti kimi istifadə olunur. Kiberhücumlar yalnız sistemləri sıradan çıxarmağı deyil, ictimai narahatlıq yaratmağı və dövlətin reputasiyasına zərbə vurmağı da hədəfləyir. Eyni zamanda, informasiya savaşı da bu prosesin ayrılmaz hissəsinə çevrilib. Sosial şəbəkələr üzərindən yayılan saxta xəbərlər, manipulyativ mətnlər, hətta “deepfake” texnologiyası ilə hazırlanmış videolar cəmiyyətlərdə çaşqınlıq yaratmaq üçün istifadə olunur".

Ekspert qeyd edib ki, dövlətlərin kiber gücü bu yeni dövrün ən strateji resurslarından sayılır:

"ABŞ, Çin, Rusiya, İsrail və İran kimi ölkələr artıq öz kiber ordularını qurub, bu sahədə xüsusi müdafiə və hücum strategiyaları hazırlayıblar. Region dövlətləri, o cümlədən Gürcüstan və Ermənistan da son illərdə kiber təhlükəsizlik sahəsində ciddi addımlar atır. Azərbaycan isə bu istiqamətdə yeni mərhələyə qədəm qoyub. Ölkəmizə qarşı həyata keçirilən kiberhücumlar əsasən siyasi motivlidir və xüsusilə münaqişə dövrlərində daha intensiv hal alır. 2020-ci ildən sonra bu hücumların miqyası və intensivliyi nəzərəçarpacaq dərəcədə artıb".

Elvin Abbasov: Ölkəmizə qarşı həyata keçirilən kiberhücumlar xüsusilə münaqişə dövrlərində daha intensiv hal alır

E.Abbasov bildirib ki, Azərbaycanın kiber təhlükəsizlik sahəsində atdığı addımlar təqdirəlayiq olsa da, hələ də ciddi çağırışlar qalmaqdadır. Sistemli yanaşma, milli strategiya, texnoloji müstəqillik və insan resurslarının inkişafı bu sahədə vacib faktorlardır. Milli kiberqoşunların formalaşdırılması, lokal müdafiə sistemlərinin yaradılması və yerli İT məhsullarına daha çox investisiya qoyulması ilə Azərbaycan bu sahədə öz mövqeyini gücləndirə bilər. Unutmaq olmaz ki, virtual müharibədə müdafiə də, hücum da çox sürətli dəyişir və bu sahədə geridə qalmaq milli təhlükəsizlik üçün ciddi risklər yaradır.

“Nəticə etibarilə, informasiya və kiberməkan artıq müasir müharibənin əsas cəbhələrindən birinə çevrilib. Dövlət, cəmiyyət və özəl sektor birgə şəkildə kibertəhlükəsizlik mədəniyyəti formalaşdırmalı, bu sahədə maarifləndirmə, qanunvericilik və texnoloji inkişaf paralel aparılmalıdır. Kiberhücumların qarşısını almaq təkcə texniki deyil, həm də siyasi və sosial məsələdir. Bu səbəbdən də Azərbaycanın bu dövrdə çevik, milli və beynəlxalq əməkdaşlıq üzərində qurulan strateji yanaşmaya ehtiyacı var",- deyə Elvin Abbasov qeyd edib.

Nuriyyə Musayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 May 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see586

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see539

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see495

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see398

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see310

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see289

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see271

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see260

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see250

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see247

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see245

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see210

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri