Icma.az
close
up
RU
Kofelər saxtalaşdırılır İçərisinə bu məhsulu qatırlar

Kofelər saxtalaşdırılır İçərisinə bu məhsulu qatırlar

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son dövrlərdə internetdə məşhur brendlərin qablaşdırmasına bənzər saxta məhsulların sayı artıb. Bu məhsulları orijinaldan ayırmaq isə getdikcə daha çətinləşir. Fırıldaqçıların ən çox istifadə etdiyi üsullardan biri qəhvə dənələrini başqa məhsullarla əvəz etməkdir. Xüsusilə, bu məqsədlə soya istifadə olunur.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, saxta qəhvə istehsalçıları xərcləri azaltmaq üçün orijinal qəhvə dənələrini müxtəlif formalarda olan soya ilə əvəz edirlər.

Bu, un, ekstrakt və ya qovrulmuş dənə formasında ola bilər. Nəticədə məhsulun saxta olduğunu xüsusi laborator analiz olmadan müəyyən etmək demək olar ki, mümkün olmur.

Məqalədə qeyd olunur ki, qovrulmuş soya dənələri tünd rəngə və acı qoxuya malikdir. Bundan hazırlanan içki də qəhvəyə bənzər dad və görünüş yaradır. Bu üsulla istehsalçılar 1 kiloqram həqiqi qəhvədən daha çox “qarışıq” əldə edərək onu bazarda qəhvə adı ilə sata bilirlər.

Lavazza şirkətinin nümayəndəsi Cüzeppe Lavazza Avropa bazarında artıq onların brendinə aid saxta qablaşdırmaların ortaya çıxdığını təsdiqləyib. O bildirib ki, qiymət təzyiqlərinə baxmayaraq, şirkət reseptlərini ucuzlaşdırmaq üçün dəyişmək niyyətində deyil.

“Biz heç vaxt qarışıqlarımızı dəyişmirik. Qəhvənin tərkibinə hörmət edirik və istehlakçını aldatmaq istəmirik”, –  o vurğulayıb.

Saxta qəhvəni necə tanımaq olar?

Mütəxəssislər bir neçə vacib fərqə diqqət yetirməyi tövsiyə edir:

Qoxu: Həqiqi qəhvə özünəməxsus xoş aromaya malikdir, saxta məhsul isə daha çox torpaq qoxusunu xatırladır.

Rəng: Çox açıq rəngli üyüdülmüş məhsul qarışıqlardan xəbər verə bilər.

Konsistensiya: Üyüdülmüş soya suyu tez mənimsəyir, keyfiyyətli qəhvə isə daha yavaş çökmə xüsusiyyətinə malikdir.

Mütəxəssislər istehlakçılara yalnız etibarlı mənbələrdən alış etməyi və məhsulun keyfiyyətinə diqqət yetirməyi tövsiyə edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://lent.az
archiveBu xəbər 06 Aprel 2026 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see709

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see343

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see342

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see312

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see300

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see296

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see279

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see274

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see264

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see252

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see251

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see233

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see232

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see220

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see215

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see215

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see194

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri