Icma.az
close
up
RU
Köhnə təsərrüfatlar dirçələcək?

Köhnə təsərrüfatlar dirçələcək?

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Azərbaycan Təcrübəvi Dəniz Balıqartırma Zavodu, Çaykənd Qızılbalıqartırma Zavodu, Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı, Tovuz Balıqartırma Təsərrüfatı və "Xıllı balıq” Məhdud Məsuliyyətli Cəmiyyəti ştat vahidləri və onlara məxsus əmlakla birlikdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib. Bu müəssisələrin Kənd Təsərrüfatı Nazirliyinə verilməsində məqsəd nədir? Yeni qərar balıqçılıq sahəsində nəyi dəyişəcək?

Xatırladaq ki, Prezident İlham Əliyev bir müddət əvvəl balıqçılığın və akvakulturanın inkişafı ilə bağlı fərman imzalayıb. Fərmanın əsas bəndlərindən biri – Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxs yaradılması olub.

Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyasının sədri Zaur Salmanlının sözlərinə görə, yeni qərar 2024-cü ildə imzalanan fərmanla əlaqədardır. Lakin 5 müəssisədə vəziyyət heç də ürəkaçan deyil: "Adıçəkilən müəssisələrdə son 6-7 il ərzində heç bir ciddi təmir və bərpa işləri olmadığından köhnə təsərrüfatlardır. Köhnə olduqları üçün də istifadə olunması mümkün olmayan haldadır. Adı var, özü yox da deyə bilərik. Qismən istifadə olunan "Xıllı balıq” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Amma orada da istehsal azalır”. 

Z.Salmanlı adı çəkilən müəssisələrin fəaliyyət məqsədlərindən də bəhs etdi: "Həmin müəssisələrin məqsədi əmtəə məhsulu istehsalı olmayıb. Onların varlığındakı məqsəd körpə balıqların yetişdirilməsi və Xəzərin endemik növlərinin qorunub saxlanması, təbii su hövzələrində populyasiyanın sənaye səviyyəsinə qaldırılmasına xidmət etməkdir. O səbəbdən bu müəssisələrin nazirliyin tərkibinə keçməsi nə istehsal həcminə, nə istehlakçıya hər hansı bir təsir etməyəcək. Amma biz statistik məlumatları daha doğru əldə edirik. Dekabr ayından bunu müşahidə ediriksə, gələcəkdə daha da yaxşı olacaq. Mənim fikrimcə, bərpası ağır, su qıtlığı ilə üzləşən müəssisələr özəlləşdirilməyə veriləcək. Yəqin həmin müəssisələr arasında 1-2-i balıqartırma məqsədilə saxlanılacaq. Onları bərpa edəcəklər”.

Sədr gələcək haqqında xeyli müsbət danışdı: "Balıqçılıq sahəsinin inkişafı üçün yeni strategiya planı hazırlanacaq. Ümid edirəm ki, onların əməyi nəticəsində yenidən dirçəliş mümkün olacaq. Sahibkarlarımız da belə olduğu halda subsidiyalardan yararlana bilər. O səbəbdən biz gələcəklə bağlı ümidliyik. Düşünürəm ki, bir neçə ildən sonra istehlakçılar da yeni qərarların müsbət nəticələrini görə biləcək”. 

Azərbaycan Balıqçılar İttifaqının rəhbəri Əfqan Əliyev də yeni qərarın uğurlu olacağı qənaətindədir: "Əksər ölkələrdə balıqçılığa aid bir dövlət qurumu mövcuddur. Bu sahə KTN-in tabeçiliyində fəaliyyət göstərdiyi üçün səmərəli olduğunu düşünürəm. Balıqçılığın KTN-ə verilməsi balıqartırma sahəsində sahibkarlarda yaxşılığa doğru ümid yaradıb. Bu sahə həm gəlirli, həm də maraqlıdır, sadəcə bir sıra süni çətinliklərin yaradılmasına görə fermerlər və sahibkarlar bu sahədən uzaqlaşmışdı. Balıqçılığa ayrılan xüsusi diqqətin müsbət təsir edəcəyinə ümid edirəm”. 

Ə.Əliyev bu sahənin inkişafı üçün həll edilməli məsələlərə də toxundu: "Balıqçılığın inkişafı üçün ilk növbədə, fermerlərə dövlət dəstəyi, güzəştli kreditlər və müvəqqəti olaraq vergi güzəştləri tətbiq edilməlidir. Axar çayların Xəzərə və böyük su anbarlarına birləşən deltasına və yaxınlığına qəti şəkildə kvota verilməməlidir. Xəzərdə və daxili su hövzələrində balıq artımının inkişafı üçün Xəzərdə aprel ayından, daxili su hövzələrində mart ayından moratorium tətbiq edilməlidir. Sənaye balıqçılığının inkişafına gəldikdə, fermerlərə dövlət dəstəyi, güzəştli kreditlər veriləcək. Sənaye balıqçılığına kvota verilərkən istifadəyə uyğun olan alətlər (tor) təqdim olunmalıdır. Qadağa vaxtı kürülü balıq satılan market və bazarlarda eyni qaydada cərimələr tətbiq edilməlidir”.

Müsahibimizin fikrincə, artıq balıqçılıq sahəsində həm keyfiyyət yüksəldilib, həm də rəqabət artıb: "Qadağa vaxtı kürülü və ovlanması qadağan edilmiş balıqların satışı ilə məşğul ⁠olan market və bazarlarda mövsümlə bağlı monitorinqlər aparılmalı və qanuna riayət etməyən sahibkarlar müvafiq qaydada məsuliyyətə cəlb olunmalıdır. Bu süni balıqartırmaya ehtiyacı artıracaq və fermerlər arasında keyfiyyətli rəqabətə də təsir göstərəcək. Azərbaycanda son zamanlar balıq məhsullarının keyfiyyətinə, yerli balıqlara əhali daha çox üstünlük verir, buna görə də artıq keyfiyyətli balıq yetişdirməyə üstünlük verən fermerlər arasında rəqabət var”. 

Ə.Əliyev düşünür ki, imkanlardan düzgün istifadə edilsə, balıq ixrac edən ölkəyə çevrilə bilərik: "Hazırda ölkəyə balığın 80 faizi xaricdən gəlir. Düşünürəm ki, daxili bazarı təmin etmək üçün böyük ehtiyac var, ona görə də rəqabətdən danışmaq hələ tezdir. Azərbaycan hava və iqlim şəraitinə görə ilin bütün mövsümləri balıqartırma üçün əlverişlidir”. 

Mənbə: "Kaspi" qəzeti

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 Noyabr 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see891

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see342

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see314

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see301

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see278

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see265

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see232

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see230

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see212

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see205

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see203

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see202

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see201

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see201

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see195

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see188

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see188

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see187

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see175

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri