Icma.az
close
up
RU
Kökəlməmək üçün bunları edin

Kökəlməmək üçün bunları edin

Pravda.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Niyə kökəlirik?” sualı bir çox insanın maraq dairəsindədir. Cavab bəlkə də sadədir, amma bu gerçəklə üzləşmək əvəzinə, əlimizdəki bəhanələrə sığınırıq. Halbuki əsas prinsipi başa düşüb, həyatımıza tətbiq etsək, həm ideal çəkiyə çatar, həm də “pəhriz” anlayışını tarixə dönər.
Pravda.az piylənmənin səbəbləri və ondan qorunma yollarını təqdim edir:


Bəs niyə kökəlirik?


Əslində cavab çox sadədir. Əgər qəbul etdiyimiz enerji, sərf etdiyimizdən çoxdursa və bu fərq yağ kimi depolanırsa, bu bizə artıq çəki kimi qayıdır.


Bəs necə arıqlamaq olar?


Arıqlamağın da formulu sadədir: ya qəbul etdiyimiz enerji az olmalıdır, ya da sərf etdiyimiz enerji çox olmalıdır. Daha aydın desək, ya az yeməli, ya da çox hərəkət etməliyik – ya da hər ikisini birlikdə tətbiq etməliyik.


Piylənmə ilə fiziki aktivlik arasında əlaqə

Piylənmənin artmasının əsas səbəblərinə baxıldıqda iki faktor öndə gəlir: artıq qidalanma və hərəkətsizlik. 1990-cı illərdən bu yana aparılan elmi tədqiqatlar göstərir ki, ABŞ-da piylənmə hallarının artmasının əsas səbəbi həddindən artıq yemək deyil, fiziki aktivliyin azalmasıdır.
 

Çəkinin qorunması və geri alınmamasında fiziki aktivliyin rolu barədə çox sayda hesabatlar mövcuddur. Xəstəlik riskini azaltmaq üçün çəkinin ən az 5-10% azaldılması vacibdir. Kilolu və piylənmədən əziyyət çəkənlər üçün həftədə ən azı 150 dəqiqə orta səviyyəli aktivlik tövsiyə olunur. Uzunmüddətli çəki itkisi üçün isə həftədə 200-300 dəqiqə orta səviyyəli aktivlik və ya 2000 kalori və daha çox enerji sərf edən fiziki fəaliyyət məsləhət görülür.


Piylənmədən necə qoruna bilərik?
 

TV və kompüter qarşısında keçirilən zamana məhdudiyyət qoyulmalı, həmin vaxt ərzində qəbul edilən qidaların miqdarı azaldılmalıdır.


Bu müddətlər gəzinti və qaçış kimi aktivliklərlə əvəz olunmalıdır.
 

Əgər evdə çox zaman keçirirsinizsə, televizora baxarkən sadə hərəkətlər etməklə daha aktiv ola bilərsiniz.
 

Əgər iş rejimi oturaqdırsa, qəbul edilən kalorilər azaldılmalı və işdənkənar vaxtlarda mümkün qədər çox hərəkət edilməlidir. Məsələn, işə piyada getmək və ya avtomobili uzaq yerə park edib qalan yolu piyada getmək olar.
Bu yolda necə motivasiyalı qala bilərik?


Yaxın bir dostla birgə idmana başlamaq, aktivliyin bir parçası olmaq daha effektiv nəticə verə bilər. Axşamlar yorğunluq bəhanəsi ilə idmandan yayınmaq cazibədar görünsə də, bu dövrəni qırmaq öz əlimizdədir. Səhər tez qalxaraq və ya nahardan sonra gəzintiyə çıxaraq özümüzə uyğun vaxtlar tapa bilərik. Bəzən enerjiniz azala bilər, amma qərarlı olduğunuz müddətdə bədəniniz də bu qərara uyğunlaşacaq.


Əminə Bayramova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://pravda.az
archiveBu xəbər 23 Aprel 2025 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see176

Azərbaycanın təbii qazını Bolqarıstana nəql edən IGB nin tədarük həcmi açıqlanıb

06 İyun 2025 22:03see123

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see123

Ukrayna okeanda rus gəmilərinə hücum edə bilər

07 İyun 2025 01:26see121

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? SƏBƏB

06 İyun 2025 19:58see120

Mingəçevirdə müəmmalı ölüm: Oğulları güllələnən ər arvad evdə ölü tapıldı

07 İyun 2025 00:12see118

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see116

Cəhənnəm istisi bu ölkəni məhv edəcək: XƏBƏRDARLIQ

06 İyun 2025 20:16see115

Dünya çempionu olan Əminə Əliyevanın məşqçiləri DANIŞDILAR

06 İyun 2025 21:24see114

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see114

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see113

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see112

Zaxarova Zelenskini təhqir etdi: ...alçaq hərəkətə əl atıb

07 İyun 2025 21:57see112

Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş

07 İyun 2025 19:52see112

Bədavi Hüseynov millinin heyətindən çıxarıldı

07 İyun 2025 08:32see111

Kiyevə çoxkombinasiyalı hava hücumu edilib, ölənlər və xəsarət alanlar var VİDEO

07 İyun 2025 00:41see111

Elçibəyi devirənlər Heydər Əliyevə qarşı qiyam qaldırdı: 32 illik müəmma

07 İyun 2025 06:05see111

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see111

Əfran İsmayılov: Hansısa oyunçunu yoxlamaq, kimisə hazırlamaq dövrü arxada qaldı

07 İyun 2025 09:00see111

YPX maşınına yol verən sürücüyə cərimə yazıldı VİDEO

07 İyun 2025 17:51see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri