Icma.az
close
up
RU
Kökəlmənin başqa səbəbləri

Kökəlmənin başqa səbəbləri

Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əksər hallarda insanın çəkisinin artmasının səbəbləri həddən artıq qidalanma və fiziki hərəkətliliyin az olmasıdır.

Lakin bəzən insanlar hiss edir ki, onların çəkisi səbəbsiz olaraq artır - qidalanma dəyişilməyib, fiziki hərəkətlilik normadadır, ancaq çəki artır. Belə halın səbəbləri müxtəlif ola bilər. Bəzi xəstəliklər və pozulmalar çəkinin artmasına gətirib çıxardır. Bu səbəbdən əgər siz özünüzdə bədən çəkisinin "səbəbsiz" artmasını qeyd etmisinizsə, pəhrizə oturmağa tələsməyin, həkim müayinəsindən keçin.

- Hipotireoz (qalxanvari vəzi xəstəliyi) zamanı qalxanvari vəzi hormonları daha az miqdarda ifraz edir. Qalxanvari vəzi orqanizmdə gedən bir çox proseslərə (o cümlədən, mübadilə proseslərinə) təsir edir. Qalxanvari vəzinin fəaliyyətinin zəifləməsi həmçinin mübadilə proseslərini bir qədər zəiflədir və bundan əlavə orqanizmdə artıq mayenin yığılmasına səbəb olur. Bunlar isə bədən çəkisinin artmasına gətirib çıxardır.

- Qadınlarda hormonal pozulma çəkinin artmasına səbəb ola bilər. Belə ki, yumurtalıqların polikistoz sindromu olan qadınların bir çox hissəsi artıq çəkidən əziyyət çəkir. Bu pozulma zamanı qadının orqanizmində kişi hormonları artıq miqdarlarda ifraz olunur. Bu isə tüklənməyə, dəridə səpgilərə, menstruasiyaların pozulmasına, sonsuzluğa səbəb olur.

- Bəzi böyrək və ürək xəstəlikləri zamanı bədəndə artıq maye yığılır. Bu isə çəkinin artmasına səbəb olur.

- Şəkərli diabet piylənmənin əsas səbəblərindən biri sayılır.

Biz bədən çəkisinin artmasına səbəb olan bəzi xəstəliklərə nəzər saldıq. Bədən çəkisinin artmasının digər səbəbləri arasında:

- 30 yaşından sonra insan orqanizmində mübadilə proselərin sürəti azalmağa başlayır. Bu səbəbdən yaşa dolduqca insan qidalanmasına fikir verməlidir və daha az qida qəbul etməlidir. Əgər o, cavan yaşlarda olduğu kimi qidalanmağa davam edərsə, bu çəkinin artmasına səbəb olacaq. Digər tərəfdən cavan insanlar daha enerjili olur, daha çox hərəkət edir, işləyir və s. Bu da onlara qida ilə alınan enerjini sərf etməyə imkanlar verir. Yaşa dolduqca insanlar daha az hərəkət edir. Bu isə öz növbəsində enerjini daha az sərf etməsinə imkan yaradır.

- Menopauzaya (klimaks) yaxın və menopauzadan sonra qadın orqanizmində estrogenlərin (qadın hormonları) istehsalı tədricən azalır. Estrogenlər qadın orqanizmində mübadilə proseslərinə təsir edir. Bu səbəbdən estrogenlərin istehsalı azaldıqda mübadilə prosesləri də yavaşıyır. Bu isə bədən çəkisinin artmasına səbəb olur.

- Bəzi dərman preparatların uzun müddət ərzində qəbulu (hormonlar, antidepressantlar, şəkərli diabet xəstəliyi zamanı istifadə olunan preparatlar, arterial təzyiqi tənzimləyən preparatlar və s.) bədən çəkisinin artmasına səbəb ola bilər. Belə ki, astma, artrit, qırmızı qurd eşənəyi və bəzi digər xəstəliklər zamanı istifadə olunan steroid hormonal preparatlar iştahanı artırır və çəkinin artmasına səbəb olur.

Əvvəllər istifadə olunan hormonal kontraseptivlər (hamiləlik əleyhinə həblər) çəkinin ciddi artmasına səbəb olurdu. Lakin müasir preparatlar belə yanaşı effekt, demək olar,  vermir.

- Yuxunun az olması, xroniki stress da kökəlməyə təkan verə bilər.

- Siqaret çəkməkdən imtina edən insanların əksər hissəsi bir neçə kiloqramm kökəlir.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see255

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see249

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see229

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see224

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see223

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see220

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see219

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see215

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see215

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see213

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see201

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see186

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see184

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see184

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see176

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see175

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see167

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see167

ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar Hafiz Paşayev

02 Oktyabr 2026 18:35see165

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri