Icma.az
close
up
RU
Kola butulkalarının üstündə siçanlar gəzirdi

Kola butulkalarının üstündə siçanlar gəzirdi

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Qazlı içkilərin zərəri saymaqla bitməz. Təəssüf ki, bu gün bir çox ailələrdə həm uşaqlar, həm də böyüklər bu içkilərdən mütəmadi istifadə edirlər. Çox vaxt qazlı içkilər adi sudan daha çox sevilir və daha çox istehlak olunur. Hətta elə insanlar var ki, süfrəyə qazlı içki olmadan oturmurlar. Bu içkilərin insan orqanizmi üçün zərərli olduğu hər kəsə məlumdur. Buna baxmayaraq, insanlar onları almağa və içməyə davam edirlər.
Bu günlərdə tanınmış keçmiş müstəntiq və yazıçı Müşfiq Abbasov da qazlı içkilərlə bağlı narazılığını, hətta başına gələn bir hadisəni sosial şəbəkə hesabında paylaşmışdı. Məsələnin təfərrüatlarını öyrənmək üçün onunla əlaqə saxladıq.
Keçmiş müstəntiq, yazıçı Müşfiq Abbasov Demokrat.az-a açıqlamasında bildirib ki, 2015-ci ildə Bakı şəhər prokurorluğunda işləyəndə Xırdalanda qəribə bir hadisə olmuşdu:
“Belə ki, həmin ərazidə yerləşən “Cola” şirkətlərindən birinin zavodunda çənlərdən biri partlamışdı. Bu çəndə içkinin tərkibinə vurulan qaz yerləşirdi. Tənzimləmə mexanizmi işə düşmədiyinə görə çəndə təzyiq çoxalmış və necə partlamışdısa çən 2 km-dən çox havada uçaraq Bakı-Sumqayıt yolunun üstündən keçib yaşayış evlərindən birinə çırpılmışdı. Gördüyüm mənzərə məni dəhşətə gətirdi. Orada hər yer çirkab içində idi. Suyun rəngi palçıqdan heç fərqlənmirdi. Zavodun divarları dibində qaçan siçanlar “cola” qablarının üstündən keçib gedir. Həmin günədək bəzən mən də “cola” içirdim. Amma həmin gün gördüyüm mənzərə “cola”ya birdəfəlik son qoymağıma gətirib çıxardı. İndi bəzən oğlum məndən gizli “cola” sifariş verir.  Bildiyimə görə, həmin zavod hazırda fəaliyyət göstərmir və müəyyən səbəblərə görə işini dayandırıb”. 
Həmçinin oxu:
'Siz kimsiniz ki, hələ bir sizə də ərə gəlim'
Vüsaləyə ikinci dəfə böyrək köçürüldü
'Əyri ayaq, çəpgöz kişiləri xoşlayıram'
O deyib ki, buna baxmayaraq, qazlı içki istehlak edənlərin sayı hələ də az deyil:
“Qazlı içkilər xüsusilə uşaqların sağlamlığı üçün ciddi risk yaradır. Bu cür məhsulların həddindən artıq qəbulu həm gənclərə, həm də ümumilikdə insan sağlamlığına zərər verir. Mütəxəssislər dəfələrlə xəbərdarlıq ediblər ki, bu içkilərin tərkibindəki şəkər və digər qatqılar orqanizmə mənfi təsir göstərir. Sağlam həyat tərzi üçün qazlı içkilərdən mümkün qədər uzaq durmaq və onların əvəzinə daha faydalı alternativlərə üstünlük vermək tövsiyə olunur”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Fevral 2026 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see472

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see360

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see301

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see299

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see256

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see253

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see253

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see243

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see233

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see233

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see230

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see226

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see222

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see217

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see209

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see208

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see198

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see198

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see194

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri