Icma.az
close
up
RU
Kollec tələbənin şikayətini qəbul etdi: Pulunu geri qaytarmağı təklif edir, amma...

Kollec tələbənin şikayətini qəbul etdi: Pulunu geri qaytarmağı təklif edir, amma...

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son zamanlar Azərbaycanda peşə və orta ixtisas təhsili müəssisələrinə dair şikayətlərin sayı nəzərəçarpacaq dərəcədə artmaqdadır. Bu şikayətlər əsasən kolleclərin texniki baxımdan təhsil standartlarına cavab verməməsi, həmçinin tələbə-müəllim, tələbə-direktor və müəllim-direktor münasibətlərindəki neqativ hallarla bağlıdır. Sözügedən problemlər bu təhsil ocaqlarının cəmiyyət tərəfindən mənfi imicə sahib olmasına və ictimai müzakirələrdə tez-tez gündəmə gəlməsinə səbəb olur.

Bu kontekstdə Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən Qida Sənayesi Kollecində baş verən hadisə xüsusilə diqqət çəkir. Kollecin tələbəsi Almaz Məmmədova, direktor Sevinc Həmzəyevanın ona qarşı göstərdiyi təzyiq və təhdidlər səbəbilə təhsilini dayandırmaq məcburiyyətində qaldığını bildirir. Məmmədovanın dediklərinə görə, o, kollecin tədris otaqlarında yağış sularının divarlardan axmasını videoya çəkərək ictimailəşdirdikdən sonra rəhbərlik tərəfindən hədəfə alınıb.

"Ərzimə cavab olaraq məni kollecdən kənarlaşdırıblar. Ödədiyim təhsil haqqının isə geri qaytarılması üçün bank hesabımı istəyiblər. Yəni direktor Sevinc Həmzəyeva mənim dediklərimi qəbul edib. Bu isə mənim şikayətimdə haqlı olduğumu bir daha sübut edir," – deyə Məmmədova "Cebheinfo.az"-a bildirib. Onun sözlərinə görə, bu məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə və şəxsən nazir Emin Əmrullayevə də müraciət olunub, lakin hələ də rəsmi cavab verilməyib.

Almaz Məmmədovanın şikayətinin yalnız qismən təmin olunduğu bildirilir. Kollec rəhbərliyi təhsil haqqının yalnız bir hissəsini geri qaytarmaq niyyətindədir. Lakin tələbə bu yanaşma ilə razılaşmır və bütövlükdə ödədiyi məbləğin qaytarılmasını tələb edir. O, təhsilini dayandırmasının əsas səbəbi kimi kollecin rəhbərliyinin ona qarşı göstərdiyi sistemli təzyiqləri göstərir.

Bununla yanaşı, Qida Sənayesi Kollecində yalnız tələbələr deyil, müəllim heyətinin də eyni problemlərlə üzləşdiyi bildirilir. Kollecin hüquqşünası Aynur Məmmədova da direktor Sevinc Həmzəyeva ilə bağlı ciddi ittihamlar irəli sürüb. O, redaksiyamıza bir sıra foto, video və audio materiallar təqdim edərək şikayətini sənədlərlə əsaslandırmağa çalışıb. Bu isə artıq fərdi bir hadisənin deyil, daha geniş yayılmış idarəetmə böhranının əlaməti kimi qiymətləndirilə bilər.

Ümumilikdə bu hadisə bir daha göstərir ki, peşə və orta ixtisas təhsili müəssisələrində şəffaflıq, hesabatlılıq və tələbə hüquqlarının qorunması istiqamətində ciddi islahatlara ehtiyac var. Problemlərin gizlədilməsi və şikayət edənlərin cəzalandırılması isə vəziyyəti daha da gərginləşdirir. Elm və Təhsil Nazirliyi bu kimi hallara qarşı daha aktiv və obyektiv mövqe sərgiləməli, ictimaiyyətin etimadını qaytarmaq üçün təcili tədbirlər görməlidir.

Kolleclər yalnız təhsil məkanı deyil, həm də sosial ədalətin və insan hüquqlarının təmin edildiyi yerlər olmalıdır. Əks halda, belə tədris müəssisələri nə savadlı kadr yetişdirə bilər, nə də gənclərin gələcəyinə töhfə verə bilər.

Vilayət Muxtar
“Cebheinfo.az”

 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Aprel 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri