Kollecləri birləşdirmək kifayət etməyəcək AÇIQLAMA
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanda bəzi kolleclərin profillərinə uyğun universitetlərin tabeliyinə verilməsi, digərlərinin isə ləğvi məsələsi müzakirə olunur. Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərovun açıqlamasına görə, bu istiqamətdə iş aparılır.
Mövzu ilə bağlı Modern.az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, əsas diqqət tabelik dəyişikliyinə deyil, təhsilin keyfiyyətinə və nəticələrə yönəlməlidir.
“Artıq kolleclərin əksəriyyəti universitetlərin tabeliyinə verilib. Son günlər kolleclərin öz aralarında birləşdirilməsi də müzakirə olunur. Ancaq əsas məsələ birləşdirilən və birləşdiriləcək kolleclərin səmərəli, nəticəyönümlü fəaliyyət göstərməsidir. Kolleclərin universitetlərə birləşdirilməsindən sonra da gözlənilən nəticə əldə olunmadı. Düşünməliyik ki, hansı addımları atmaqla daha yaxşı nəticəyə nail ola bilərik”, – deputat qeyd edib.
Təhsil eksperti Elçin Əfəndi də hesab edir ki, kolleclərin universitetlərin nəzdində fəaliyyət göstərməsi özlüyündə yaxşı nəticəyə zəmanət vermir.
Onun sözlərinə görə, bəzi kolleclər artıq uzun müddətdir universitetlərin tabeliyindədir:
“Memarlıq-İnşaat Kolleci Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Maliyyə-İqtisad və Qida Sənayesi kollecləri Azərbaycan Dövlət İqtisad Universitetinin, İqtisadiyyat və Humanitar Kolleci isə Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərir. Hazırda müzakirə olunan yanaşma digər kolleclərin də profillərinə uyğun universitetlərə birləşdirilməsidir”.
Ekspert bildirib ki, təkliflər sırasında kənd təsərrüfatı üzrə kadr hazırlayan kolleclərin Azərbaycan Dövlət Aqrar Universitetinin, texniki və texnologiya istiqamətli kolleclərin Azərbaycan Texniki Universitetinin, iqtisadi profilli kolleclərin isə Azərbaycan Dövlət İqtisad Universitetinin tabeliyinə verilməsi var.
Elçin Əfəndi tibb kolleclərinin də Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılaraq Azərbaycan Tibb Universitetinə verilməsinin mümkün variantlardan biri kimi nəzərdən keçirilə biləcəyini deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 04 Noyabr 2026 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















