Icma.az
close
up
RU
Kollektivlə, yoxsa fərdi işləməli?

Kollektivlə, yoxsa fərdi işləməli?

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Son illərdə cəmiyyətin sosial strukturu nəzərəçarpacaq dərəcədə dəyişir.

Ənənəvi kollektiv yaşam və birlik dəyərlərinin yerini getdikcə daha çox fərdi seçimlər, şəxsi maraqlar və fərdi inkişaf prioritetləri tutur.

Bu dəyişikliklər təkcə mədəni və sosial faktorlarla deyil, həm də texnologiyanın, sosial şəbəkələrin və müasir həyat tərzinin təsiri ilə daha da sürətlənir.

Nəticədə insanlar arasındakı münasibətlərin forması, ünsiyyət tərzi və sosial bağların gücü yenidən formalaşır. Bu proses isə həm yeni imkanlar yaradır, həm də bir sıra sosial və psixoloji sualları gündəmə gətirir.

Bəs cəmiyyətdə fərdiləşmənin artmasının əsas səbəbləri nələrdir?

Sosioloq Hüseyn İbrahimov “Cebheinfo.az”-a bildirib ki, cəmiyyətdə fərdiləşmə prosesinin artması qlobal miqyasda müşahidə olunan mühüm sosial tendensiyalardan biridir: 

“Qloballaşmanın sürətlə genişlənməsinə baxmayaraq, paralel şəkildə fərdiləşmə meyilləri də güclənir və bu iki proses sanki bir-birinə zidd istiqamətdə inkişaf edir. Bir tərəfdən qlobal dəyərlər və ümumi tendensiyalar güclənir, digər tərəfdən isə cəmiyyətlərin mikro səviyyəsində fərdiyyətçilik daha çox ön plana çıxır.

Ölkəmizdə bu proseslərə təsir edən əsas amillərdən biri informasiya texnologiyalarının sürətli inkişafıdır. Bir çox hallarda insanlar kollektiv şəkildə işləmək əvəzinə, fərdi şəkildə, xüsusilə evdən işləməyi üstün tuturlar. Eyni zamanda fərdlər öz fikir və mülahizələrinə əsaslanaraq qərar verməyə daha çox önəm verirlər. Bu isə cəmiyyətdə kollektiv düşüncənin zəifləməsi ilə paralel şəkildə gedən bir prosesdir.

Fərdiləşmənin artmasına təsir edən əsas səbəblərdən biri də ailə institutunda baş verən dəyişikliklərdir. Ailə və sosial strukturlardakı transformasiyalar insanlar arasında kollektiv asılılığı azaldır və fərdi düşüncə tərzini gücləndirir. Texnologiya və sosial şəbəkələr müasir dövrdə bu prosesə güclü təsir göstərən əsas amillərdən biridir. İnsanlar sosial platformalar vasitəsilə öz fikir və düşüncələrini daha geniş auditoriyaya çatdırır, bu isə fərdi mövqelərin daha çox ön plana çıxmasına şərait yaradır.

Eyni zamanda bu texnologiyalar fərdlərin öz düşüncələrini təsdiqləmə və möhkəmləndirmə prosesini də sürətləndirir. Fərdiləşmənin cəmiyyətə həm müsbət, həm də mənfi təsirləri mövcuddur. Müsbət tərəfdən baxdıqda, bu proses ideya müxtəlifliyini artırır, kreativliyi gücləndirir və yeni yanaşmaların ortaya çıxmasına şərait yaradır.

Lakin digər tərəfdən, fərdiləşmə həddindən artıq gücləndikdə kollektiv dəyərlərin zəifləməsinə, sosial bağların qırılmasına və ictimai həmrəyliyin azalmasına səbəb ola bilər. Fərdiləşən cəmiyyətləri iki istiqamətdə qiymətləndirmək mümkündür: “fərdiləşərək sosiallaşma” və “fərdiləşərək özünəqapanma”. Xüsusilə onlayn asılılığın artması bu prosesin mənfi nəticələrindən biri kimi qeyd olunur”.

Sosioloq qeyd edib ki, əgər fərdiləşmə ümumi ictimai maraqlardan uzaqlaşma yaratmırsa, bu proses cəmiyyət üçün faydalı ola bilər:

“Lakin ailə və sosial dəyərlərdən uzaqlaşma tendensiyası gücləndikdə, bu hal bir sıra sosial problemlərə gətirib çıxara bilər. Məsələn, boşanma hallarının artması, gənclərin ailə qurmağa gecikməsi və ya bu prosesdən uzaq durması bir çox ölkələrdə fərdiləşmənin artması ilə izah edilir”.

Aişə Abdulova
“Cebheinfo.az”

Açar sözlər: Hüseyn İbrahimov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 İyun 2026 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Oynaqlardakı ağrıya dəfnə yarpağı kömək edir? AÇIQLAMA

14 Avqust 2026 13:31see233

COVID 19 yenidən "dirildi" Bir həftədə 14 ölüm

13 Avqust 2026 23:06see183

Əraqçidən ABŞ yə XƏBƏRDALIQ Ehtiyatlı olun

13 Avqust 2026 23:33see182

“Torqovı”da göbək rəqsi: “Çılğın dondurmaçı” gündəm yaradır VİDEO

15 Avqust 2026 11:32see181

Trampın kürəkəni Qəzza ilə bağlı danışıqlar üçün İsrailə gedir

14 Avqust 2026 01:50see180

Mahirin komandası pley offda

14 Avqust 2026 02:18see176

Maşında ürəkbulanma niyə yaranır?

15 Avqust 2026 01:56see176

Gökhan Özen ikinci dəfə evləndi (Foto)

15 Avqust 2026 00:27see176

Toya çatmaq üçün təyyarənin arxasınca qaçdılar Video

14 Avqust 2026 03:48see176

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see175

Hansı xəstəliklərdə kişilərin cinsi orqanı kiçilir?

14 Avqust 2026 02:04see172

Dünya çempionunun yolu haradı?

13 Avqust 2026 19:27see171

236 milyon illik fosil alimləri təəccübləndirdi: Məməlilərin doğuş tarixi dəyişə bilər

14 Avqust 2026 03:36see165

Sərxoş halda avtobus sürən azərbaycanlı Polşada həbs edildi Fotolar

14 Avqust 2026 02:44see161

Cəlal Hüseynov oynadı, komandası qalib gəldi

15 Avqust 2026 01:46see158

4 aya 20 kilo arıqlayan türk aktrisadan çimərlik Fotoları

14 Avqust 2026 03:03see157

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see156

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see154

Markinyos dünyanın ən çox titul qazanan ikinci oyunçusu olub

14 Avqust 2026 03:15see153

Avropada Məhşər: Dəhşətli meşə yanğınları VİDEO

15 Avqust 2026 03:41see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri