Kollina Deşamın hakimliklə bağlı tənqidinə cavab verib
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
FİFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina Fransanın baş məşqçisi Didye Deşamın 2026-cı il dünya çempionatının yarımfinalında hakimliklə bağlı tənqidinə cavab verib.
İdman.Biz bildirir ki, yarımfinalda Fransa İspaniyaya 2:0 hesabı ilə məğlub olub. Matçı El Salvadordan olan İvan Barton idarə edib. Matçdan sonra Deşam “Hakim yarımfinalda hakimlik etmək vəzifəsinin öhdəsindən gəlirmi?” sualını verib.
“Deşamın bu yarımfinalda hakimimizin səriştəsini şübhə altına alan sualına cavab olaraq FİFA-nın cavabı aydındır: “Bəli, şübhəsiz. Hakimlərimiz dünya səviyyəlidir”, - Kollina deyib.
2026-cı il dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçirilir. Argentina hazırkı dünya çempionudur.
Baxış sayı:183
Bu xəbər 16 İyul 2026 05:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















