Icma.az
close
up
RU
“Kolonial siyasət informasiya axınını manipulyasiya edir”

“Kolonial siyasət informasiya axınını manipulyasiya edir”

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Mətbuat Şurasında Fransa müstəmləkələrindən gələn jurnalistlərlə görüş

Mətbuat Şurasında (MŞ) Fransa əsarətindəki müstəmləkələrdən Azərbaycana səfərə gələn media nümayəndələri ilə görüş keçirilib. Bu barədə məlumat XQ-yə Şuradan daxil olub.

Məlumatda bildirilib ki, görüşdə çıxış edən MŞ sədri Rəşad Məcid rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri ilə bağlı ətraflı məlumat verib. R.Məcid Azərbaycanın da beynəlxalq media, o cümlədən Fransa mediası tərəfindən əsassız ittihamlara məruz qaldığını deyib. O, ədalətsizliyə qarşı mübarizəni ölkəmizin media təmsilçiləri ilə Fransa əsarətindəki müstəmləkələrin jurnalistlərini birləşdirən ortaq maraq kimi səciyyələndirib.

Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli qonaqlara ölkəmizdə medianın durumu barədə məlumat verib, mövcud istiqamətdəki statistikanı açıqlayıb.

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Fransa əsarətindəki müstəmləkələrdən olan media təmsilçilərinin ölkəmizə səfərlərinin kommunikasiya üzrə təcrübə mübadiləsi məqsədi daşıdığını bildirib, iştirakçıları qonaq jurnalistlərin səfər qrafiki ilə tanış edib.

Müzakirələr zamanı MŞ sədri R.Məcid, həmçinin MŞ İdarə Heyətinin üzvləri Azər Həsrət, Hacıbəy Heydərli və Şuranın icraçı katibi Əvəz Rüstəmov xarici media təmsilçilərinin MŞ-nin fəaliyyəti, eləcə də Azərbaycan jurnalistikası ilə bağlı suallarını cavablandırıblar.

Görüş zamanı müstəmləkəçilik siyasətinin yaratdığı sosial, siyasi və mədəni fəsadlar geniş müzakirə edilib. Xüsusilə, müstəmləkə rejimlərinin medianın inkişafına zərbələr vurduğu və təzyiqlərin davam etdiyi bildirilib. Bu çərçivədə kolonial siyasətin informasiya axınını manipulyasiya etməsi, senzura tətbiqi və yerli mədəniyyətlərin informasiya məkanından sıxışdırılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Fransa müstəmləkələri altında fəaliyyət göstərən jurnalistlərin qarşılaşdıqları real çətinliklər ön plana çəkilib.

Görüş zamanı, həmçinin tərəflər arasında beynəlxalq mediada yerli xalqların səsinin eşidilməsi, informasiya axınında ədalətli təmsilçilik və dezinformasiyaya qarşı birgə mübarizə yolları ətrafında diskussiyalar gedib, Azərbaycanın media qurumları ilə əməkdaşlıq imkanları dəyərləndirilib. Gələcəkdə birgə layihələrin həyata keçirilməsi, müştərək konfransların, seminarların və təlimlərin təşkilinə maraq ifadə olunub. Eyni zamanda, müstəmləkə təcrübələrinə dair tədqiqatların aparılması barədə planlar irəli sürülüb. Belə təmaslar beynəlxalq media əməkdaşlığının gücləndirilməsi və müstəmləkə siyasətinin informasiya sahəsində yaratdığı maneələrin aradan qaldırılması istiqamətində mühüm addım kimi qiymətləndirilib.

R.AMİN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Fevral 2025 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see370

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see346

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see340

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see321

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see274

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see273

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see260

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see247

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see226

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see223

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see222

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see218

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see217

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see216

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see216

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see210

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see203

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see202

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see196

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri