Kolumbiyada hərbi baza yaxınlığında yük maşını partladılıb Ölən və yaralananlar var
Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Kolumbiyanın Kali şəhərinin Marko Fidel Suares hərbi hava bazası yaxınlığındakı bomba dolu yük maşını partladılıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bomba yüklü yük maşınının partladılması nəticəsində 5 nəfər ölüb, 36 nəfər yaralanıb.
İlkin məlumatlara görə, terror hücumu nəticəsində ətrafdakı müəssisələrə və avtomobillərə böyük ziyan dəyib.
Kolumbiya prezidenti Qustavo Petro hadisəni terror adlandıırb və hücumda Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinin (FARC) çətir təşkilatı "Estado Mayor Central"ın (EMC) lideri İvan Mordiskonu günahlandırıb.
Kali Bələdiyyə sədri Alejandro Eder hadisədən sonra deyib ki, bu gündən etibarən çəkisi dörd tondan çox olan yük maşınlarının şəhərə girişi məhdudlaşdırılcaq. O, bunu növbəti teror ehtimalları ilə əlaqələndirib.
Firudin Səfərli
MİA.AZ
Baxış sayı:60
Bu xəbər 22 Avqust 2025 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















