Icma.az
close
up
RU
Kolumbiyada sahilə 6 metrlik nəhəng balıq sahilə ÇIXDI VİDEO

Kolumbiyada sahilə 6 metrlik nəhəng balıq sahilə ÇIXDI VİDEO

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kolumbiyada Nabuqa çimərliyində dünyanın ən böyük balığı hesab olunan təxminən 6 metrlik balina köpəkbalığı sahilə çıxıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Need To Know” məlumat yayıb.

Yerli sakinlər sahilə çıxan balığa kömək etməyə çalışıblar. Onlar balinanı dəniz suyu ilə isladıb və motorlu qayıqların köməyi ilə onu yenidən dərinliyə aparmağa cəhd göstəriblər. Lakin səylər nəticə verməyib.

Hadisə yerinə mütəxəssislər çatanda balinanı xilas etmək artıq mümkün olmayıb. Onun qalıqları ərazidən götürülüb.

Yerli ekoloji qurum Codechocó hadisəni qeyri-adi hal kimi qiymətləndirib. Bildirilib ki, balina köpəkbalıqları payız aylarında adətən bu ərazidə olmur. Onun məhz bu dövrdə dayazlığa çıxması anomal hal hesab edilir.

Mütəxəssislər heyvanın başına nə gəldiyini müəyyənləşdirmək üçün ondan nümunələr götürüblər.

Qeyd edək ki, balina köpəkbalığı planetin ən böyük balığıdır. Əsasən plankton və kiçik balıqlarla qidalanır. Yetkin fərdlərin uzunluğu 12-20 metrə, çəkisi isə təxminən 20 tona çata bilər. Bu növ nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Oktyabr 2026 22:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri