7 alma 100 minə satıldı
Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yaponiyanın Hokkaydo prefekturasındakı Hakodate bazarında keçirilən ilin ilk hərracında xüsusi üsulla becərilən 7 alma 100 min yenə (təxminən 1065 manat) satılıb.
“Bakupost” xəbər verir ki, Nanae şəhərində yetişdirilən “Nanamitsuki” markalı almaların satış qiyməti ötən ilin rekord göstəricisini təkrarlayıb.
Almaları əldə edən topdansatış şirkətinin nümayəndəsi Yuji Sotozaki onların keyfiyyətini yüksək qiymətləndirib: “Bu almalar bal kimi dadlıdır və həqiqətən də, ləzzətlidir. Əgər onları satışda görsəniz, mütləq dadın”.
Şinhakodate Kənd Təsərrüfatı Kooperativinin açıqlamasına görə, builki məhsul meyvələrin böyük hissəsinin tayfunlardan zərər gördüyü ötən illə müqayisədə daha iri və keyfiyyətlidir.
Qeyd edək ki, Yaponiyada xüsusi yetişdirilən yüksək keyfiyyətli meyvələr ilin müxtəlif vaxtlarında keçirilən hərraclarda satışa çıxarılır. Alıcılar isə bu cür yüksək qiymətli alışlardan reklam və təşviqat məqsədləri üçün istifadə edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 14 Noyabr 2026 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















