Komandamın onun dövründəki kimi oynamasını istəyirəm Van Nistelroyun Lesterdə ilk açıqlaması
Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.
"Lester"in yeni baş məşqçisi Ruud van Nistelroy İngiltərə klubuna təyinatının ardından açıqlama verib.
Fanat.Az xəbər verir ki, o, “tülkülər” baş məşqçi postuna təyin olunmazdan əvvəl məsləhət aldığı şəxsin adını açıqlayıb.
"TalkSport" Nistelroyun dediklərini belə təqdim edib:
"Deməliyəm ki, "Lester" mənimlə maraqlananda ilk zəng etdiyim şəxs "Çelsi"nin baş məşqçisi Entso Mareska oldu. O, "Lester"də keçirdiyi vaxtlardan məmnunluqla danışdı. Belə şeyləri eşidəndə bu, bir hissəsi olmaq istədiyin klub haqqında müsbət siqnallar verir. Açığı, ona zəng edib klub, struktur, orada çalışan insanlar, heyət, stadion, azarkeşlər, şəhər, bir sözlə, hər şey haqqında daha ətraflı suallar verdim.
Bu, fantastik söhbət idi. Onunla danışmaq həmişə xoşdur. "Lester"in Mareskanın rəhbərliyi altında oynaması, Çempionşipi qazanması və Premyer Liqaya yüksəlməsi möhtəşəm idi. Komandamın da eynilə bu cür oynamasını istəyirəm".
Qeyd edək ki, Ruud van Nistelroy "Mançester Yunayted"də Erik ten Haqın köməkçisi olub. Onun istefasından sonra isə "qırmızı çeytanlar"ı bir neçə oyunda meydana çıxarıb. Ruben Amorim baş məşqçi təyin olunan kimi komandadan ayrılıb. O, ötən gün "Lester"lə rəsmən müqavilə bağlayıb.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 30 Noyabr 2024 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















