Icma.az
close
up
RU
“Komandanı tanıya bilmirəm”

“Komandanı tanıya bilmirəm”

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

“Kəpəz” Misli Premyer Liqasının 27-ci turunda səfərdə “Karvan-Yevlax”a 1:4 hesabı ilə uduzub.

“Qafqazinfo” “Sportal.az”a istinadən xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistərin suallarını cavablandırıb:

- Bu gün itkilərimiz var idi. Rotasiyalar etsək də, alınmadı. “Qarabağ”la oyundan sonra komandanı tanıya bilmirəm. “Qəbələ” ilə matçda da bəsit qollar buraxdıq. İrəli baxmaq lazımdır.

- Hesabın böyük olması barədə nə deyə bilərsiniz?

- Mərkəz müdafiəçisi və cinah müdafiəçisi mövqeyində problem var idi. Deyirlər əvəzolunmaz futbolçu yoxdur. Amma bizdə Dioqo Verdaskanın yoxluğu hiss olunur. Məğlubiyyətin əsas səbəbi oyunçu çatışmazlığıdır. Bir futbolçu olmayanda onun yerini doldurmaq üçün gedişlər edirik.

- Bugünkü məğlubiyyət komandaya qarşıdakı oyunlarda təsir göstərə bilər?

- Mən “Kəpəz”ə gələndə komandanın 7 oyundan sonra 0 xalı var idi, xaos vəziyyəti idi. Sürürlər olsun ki, bu gün sonuncu yerdən çox qabaqdayıq. Oyunçu itkisi bizə çox böyük təsir edir. Bunun psixoloji təsiri də var. Qarşıdakı oyunlara köklənmək lazımdır. Uduzmağı bacarmaq lazımdır, amma baxır necə. Düşünürəm ki, daha yaxşı olacağıq.

- Ohorinin oynamamasının səbəbi nədir?

- Komanda ilə bir gün məşqə çıxıb. Onu itirmək istəmədim. Ohori qarşıdakı matçlarda bizə lazımdır.

- Belə xəbərlər var ki, həftə ərzində komandanı məşqə çıxarmamısız. Bu, nə dərəcədə doğrudur?

- Belə bir şey yoxdur. Bərpa məşqində olmamışam. Bu da normal bir şeydir. Bərpa məşqini köməkçiləri keçib. Hər şey qaydasındadır. 

- Sirr deyilsə, bərpa məşqində niyə olmamısınız?

- Ailə məsələləri ilə bağlı Bakıda idim. Bütün günümüzü Gəncədə keçiririk. Ailənin də problemlərini həll etmək vacibdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 Aprel 2026 22:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see463

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see439

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see374

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see222

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see218

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see205

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see203

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see196

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see181

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see178

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see177

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see175

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see175

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see173

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see173

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see166

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see166

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see165

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see165

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri