Komandanın maskotu polis tərəfindən saxlanılıb İdman və Biz
Icma.az bildirir, Idman.biz portalına istinadən.
"Göztepe" basketbol komandasının "K'ANKA" adlı yeni maskotu ilk dəfə fəaliyyətə başladığı matçdan sonra saxlanılıb.
İdman.biz xəbər verir ki, o, Türkiyə 2-ci liqası çərçivəsində "Kağıtspor"la oyundan sonra polis bölməsinə aparılıb.
Simurq quşunu özünə maskot seçən və "K'ANKA" adlandıran "Göztepe" ilk dəfə onu təqdim edib.
"Kağıtspor"un 78:70 hesabı ilə qalib gəldiyi matçın son dəqiqələrində “Göztepe”yə qarşı verilən texniki follar azarkeşlərin narazılığına səbəb olarkən, "K’ANKA" maskotunu geyinən azarkeş də klub idarəçiləri ilə birlikdə hakimlərin üzərinə cumub.
Polislə də mübahisə edən "K'ANKA" və üç klub nümayəndəsi şöbədə ifadələri alındıqdan sonra sərbəst buraxılıblar.
İdman.biz

Komandanın maskotu müxbirin nömrəsini istədi FOTO
02 Dekabr 2024 12:02
Elmar Baxşıyevdən iddialı açıqlama: Bu, komandanın maksimumu deyil İdman və Biz
06 Noyabr 2024 21:43
5 komandanın yeri dəqiqləşdi
09 Aprel 2025 08:41
“Premyer liqada 12 komandanın olacağı deyiləndən sonra hər komandanın iştahı artıb”
13 Fevral 2025 18:44
2 komandanın hədəfinə tuş gəlib
17 Noyabr 2024 18:38

