Icma.az
close
up
RU
Kombi çox “qaz yazır”, “İran sobası” isə dəm qazı yaradır Limit niyə LƏĞV olunmur?

Kombi çox “qaz yazır”, “İran sobası” isə dəm qazı yaradır Limit niyə LƏĞV olunmur?

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Hər il havaların soyuması ilə dəm qazından zəhərlənənlərin sayı artır. Qış aylarında neçə gənc və yaşlı insan dəm qazının qurbanı olur. Bu ildən “Azəriqaz” İstehsalat Birliyi evlərə müəyyən texniki baxış keçirsə də, dəm qazı nəticəsində ölənlər var. Qurumlar bu kimi hadisələrin səbəbini daha çox vətəndaşların təhlükəsizlik tədbirlərinə əməl etməməkdə görürlər. Onlar hesab edirlər ki, vətəndaşlar standartlara uyğun olmayan, daha çox “İran sobası” kimi tanınan ev qızdırıcılarından istifadə edirlər. Bu iddianın doğruluğu məlum olmasa da, adıçəkilən sobaların bazarda daha ucuz olması həqiqətdir. Həmçinin qaz sərfiyyatı daha aşağıdır.

Bəs əhali niyə bu sobalara üz tutur?

Bildiyimiz kimi, ölkədə əhalinin istehlak etdiyi təbii qaza görə limitlər tətbiq olunur. Yəni limitlər 1200 kub metrə qədər olan həcm üçün 12 qəpik, 1200 kub metrdən 2500 kub metrə qədər olduqda 20 qəpik, 2500 kub metrdən yuxarı olduqda isə 25 qəpiklə hesablanır. Mərkəzi istilik sisitemi olmayan mənzillərdə qaz sərfiyyatı yüksəkdir. Əhalinin böyük hissəsi ilin ilk aylarında qaz limitini keçərək təbii qazın bir kub metr həcmi üçün daha çox pul ödəməyə məcbur olurlar. Həm istilik sisteminin quraşdırılması baha başa gəlir, həm də vətəndaşlar həmin kombi sisteminin maddi baxımdan sərfəli olmadığını bildirirlər. Ona görə də öz həyatlarını riskə ataraq ucuz soblardan istifadə edirlər. Bir sözlə, bir neçə ay 12 qəpik ödədikləri təbii qazın qiyməti bir neçə aydan sonra onların həyatı hesabına ödənilir. Qaz limitinin ləğvi məsələsi hər il Milli Məclisdə bir neçə deputat tərəfindən təklif olunsa da məsələ olduğu kimi qalmaqdadır.

Statistika

Müvafiq qurumlar üçünsə dəm qazından ölənlərin sayı sadə statistik rəqəmə çevrilir.

2024-cü ilin ilk 3 ayı ərzində 25 nəfər dəm qazı səbəbindən həyatını itirib. Ümumilikdə, bu il dəm qazından zəhərlənmə ilə bağlı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 54 nəfər müraciət edib.Təkcə ötən ay dəm qazı ilə bağlı 14 müraciət daxil olub. Onlar da orta ağır vəziyyətə daxil olublar və zəruri yardımlar olunub, ölüm halının baş verməsinin qarşısı alınıb.

Bəs vətəndaşların təhlükəsizliyi, rahatlığı və artıq xərc çəkməmələri üçün hansı yol məqbuldur?

Avtosfer.az xəbər verir ki, bu barədə təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Bizim.Media-ya bildirib ki, qaz təsərrüfatı olan evlərdə təhlükəsizlik məsələləri ön planda olmalıdır:

“Qazın fiziki, kimyəvi xassəsinə uyğun olaraq yanır, partlayır, düzgün istismar olunmadıqda sızmaya, dəm qazına səbəb olur. Təbii ki, qaz sobaları seçərkən diqqət etmək lazımdır ki, qaz sobaları standartlara uyğun olsun. Onun quraşdırılması da ixtisaslı müəssisə tərəfindən həyata keçirilməlidir. Tüstü bacalarının olması və standartlara cavab verməsi, otağın havalandırılması dəm qazı və qaz sızması əleyhinə detektorların olması təmin edilməlidir.

Dəm qazı natamam yanma məhsuludur, yanma prosesi düzgün getmədikdə yaranır. Əgər qaz cihazı quraşdırılan otaqda kifayət qədər hava yoxdursa, əlbəttə, yanma prosesi pozulacaq və nəticədə dəm qazı əmələ gələcək.

Bütün evlərdə əgər hanısa qaz sobası, qaz qızdırıcılarından istifadə olunursa, hamam otaqlarında suyu qızdırmaq üçün qaz cihazları quraşdırılırsa, diqqət etmək lazımdır. Hətta qaz sobası quraşdırılan zaman otağın kvadratı, ölçüsü nəzərə alınır. Yəni ikigözlü qaz sobası quraşdırılırsa, otağın kvadratı minimum 8 kvadrat metr, üçgözlü üçün 12, dördgözlü üçünsə 15 kvadrat metr olmalıdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 03 Dekabr 2024 21:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri