Icma.az
close
up
RU
Kombi sistemi sıradan çıxır Mənzillərinizi belə qızdıracaqsınız

Kombi sistemi sıradan çıxır Mənzillərinizi belə qızdıracaqsınız

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda qış mövsümündə kombilərin sıradan çıxması, qaz sərfiyyatının artması və enerji itkiləri fonunda mərkəzləşdirilmiş istilik sistemlərinə qayıdış məsələsi yenidən gündəmə gəlib. Xüsusilə, yeni tikililərdə kombidən asılılığın yaratdığı problemlər fonunda dövlət istilik sisteminin bütün əraziləri əhatə edib-etməyəcəyi, alternativ olaraq modul tipli qazanxanaların və bərpa olunan enerji mənbələrinin tətbiqinin mümkünlüyü ictimai maraq doğurur. Maraqlıdır, kombilərin sıradan çıxması mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, ölkədə dövlət istilik sisteminə qoşulma imkanları əsasən binaların inşa dövrü və mövcud infrastrukturla bağlıdır.

Ekspertin sözlərinə görə, Azərbaycanda Sovet dövründə dövlət planlamasına uyğun tikilən bir sıra binalar mərkəzləşdirilmiş istilik sisteminə – “Azəristiliktəchizat”ın şəbəkəsinə qoşulub:

“Əgər binada bu sistem mövcuddursa, hər bir vətəndaş ondan istifadə etmək hüququna malikdir. Lakin yeni tikililərin böyük əksəriyyətində bu şəbəkə yoxdur və sakinlər fərdi kombilərdən istifadə etməyə məcbur qalırlar.”

Elnur Azadov qeyd edib ki, bəzi binaların nəzdində xüsusi qazanxanalar (istixanalar) fəaliyyət göstərir və həmin binalar lokal şəkildə bu sistemə qoşulurlar. Ancaq təxminən 10–12 il əvvəl tariflərin dəyişməsi nəticəsində bu üsul da xərcli olub və geniş yayılmayıb.

Ekspert xatırladıb ki, Azərbaycanda “Enerji effektivliyi haqqında” qanun mövcuddur. Bu qanuna əsasən, közərmə lampalarının həm istehsalı, həm də ölkəyə idxalı qadağan edilib.

“Hansı bina daha az enerji sərf edərək isti saxlanılırsa, o da daha effektiv hesab olunur.”

Onun sözlərinə görə, ötən il Milli Məclisdə modul tipli qazanxanaların tətbiqi ilə bağlı qanun layihəsi hazırlanıb və qəbul edilib:

“Bu ilin yayından etibarən yeni qanuna uyğun olaraq məhəllədaxili ərazilərdə modul tipli qazanxanalar işə salınmağa başlayıb. Binalar bu qazanxanalara fərdi qaydada qoşulacaq.”

Elnur Azadov əlavə edib ki, enerji resurslarının qorunması məqsədilə gələcəkdə çoxmənzilli binalara qaz təchizatının verilməməsi planlaşdırılır:

“Qaz sərfiyyatının minimuma endirilməsi və itkilərin qarşısının alınması əsas məqsəddir. Gələcəkdə binaların damlarında günəş panellərinin quraşdırılması nəzərdə tutulur. Bu panellər vasitəsilə binalar öz istilik və enerji tələbatlarını qismən də olsa təmin edə biləcəklər.”

Ekspertin fikrincə, bu dəyişikliklər mərhələli şəkildə həyata keçiriləcək və uzunmüddətli perspektivdə kombilərə alternativ olaraq daha səmərəli və ekoloji təmiz istilik sistemlərinin tətbiqinə şərait yaradacaq.

Aynurə İsmayıl
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://konkret.az
archiveBu xəbər 09 Yanvar 2026 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri