Icma.az
close
up
RU
Komediya aktyoru məhkum olundu: “Cinemazadeh” şirkətinin rəhbəri aktyorun həbsini tələb edir

Komediya aktyoru məhkum olundu: “Cinemazadeh” şirkətinin rəhbəri aktyorun həbsini tələb edir

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanlı komediya aktyoru Müşviq Şahverdiyev məhkum edilib. Onun haqqında Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsilə hökm çıxarılıb.

Bizimyol.info xəbər verir ki, aktyor “Cinemazadeh” şirkətinin rəhbəri Cəfər Axundzadənin şikayəti əsasında cəzalandırılıb. Şirkət rəhbəri aktyorun həbsi tələbilə Xətai Rayon Məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldırıb. O, Müşviq Şahverdiyevin Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrilə təqsirli bilinib həbs olunmasını tələb edirdi.

Cəfər Axundzadə iddia edir ki, aktyor mətbuata müsahibəsində onu yeyintidə ittiham edib, işgüzar nüfuzuna zərbə vurub. Şirkət rəhbəri haqqında təhqir xarakterli, eyni zamanda nüfuzunu ciddi zədələyən ifadələr işləndiyini bildirib.

Məhkəmə çəkişməsinə səbəb olan müsahibə araşdırılıb və hakim belə nəticəyə gəlib ki, 41 yaşlı aktyorun aktyorun dediklərində böhtan yoxdur. Bu səbəbdən Müşfiq Şahverdiyev yalnız Cinayət Məcəlləsinin 148-ci maddəsilə təqsirli bilinib və ona həbs yox, alternativ cəza verilib. Aktyor 1500 manat cərimə olunub.

Amma hər iki tərəf bu hökmdən narazı qalıb və apellyasiya şikayəti verib. Təqsirləndirilən Müşviq Şahverdiyev haqqında bəraət hökmü çıxarılması tələbilə Bakı Apellyasiya Məhkəməsinə üz tutub. Xüsusi ittihamçı Cəfər Axundzadə isə, əksinə, verilən cəzanı çox yumşaq hesab edib və aktyorun həbsi tələbilə apellyasiya şikayəti verib.

Onların apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Sabit Bəhramzadə baxıb. Birinci instansiya məhkəməsinin hökmü dəyişmədən qüvvədə saxlanılıb.

Konfliktin səbəbinə gəlincə, tərəflər arasında əvvəl film çəkilişi ilə bağlı müqavilə olub. Sonradan razılaşma pozulub, “Cinemazadeh” şirkəti aktyoru məhkəməyə verib. Müşviq Şahverdiyev isə mətbuata müsahibəsində Cəfər Axundzadənin şəxsi keyfiyyətləri, aktyorlara münasibəti və işgüzar fəaliyyəti ilə bağlı neqativ fikirlər səsləndirib. Bundan sonra şirkət rəhbəri aktyoru cəzalandırmaq qərarına gəlib.

Müşviq Şahverdiyev “Maşın” realiti-şousunun qalibi olmuşdu. O, bir sıra komediya filmlərində rol alıb.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 19 Noyabr 2024 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri