Icma.az
close
up
RU
Komissiyanın qərarı ilə razı deyilik, qanun yerinə yetirilmir” Çağırışçı atasının ŞİKAYƏTİ

Komissiyanın qərarı ilə razı deyilik, qanun yerinə yetirilmir” Çağırışçı atasının ŞİKAYƏTİ

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hacılı Turan Rəfail oğlunun atası Rəfail Hacılı "AzPolitika"-ya ünvanlandığı şikayətdə bildirib ki, oğlu ilə bağlı yaranmış çağırış məsələsində qanuni prosedurlar yerinə yetirilmir.

Onun sözlərinə görə, məsələ ilə bağlı Mərkəzi Çağırış Komissiyasının sədri general Rüstəm İbrahimova rəsmi şəkildə şikayət ünvanlanıb və qeydiyyata alınıb.

“Biz müraciətimizdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 16 və 17-ci maddələrinə əsaslanaraq sosial komissiyanın qərarından narazılığımızı bildirmişik. Sosial komissiyanın qərarından sonra Nizami Rayon Hərbi Komissarlığı çağırışçının hərbi xidmətə yararlı olduğu barədə qərar çıxarıb. Biz bu qərarla razı deyilik və istəyirik ki, şikayətimiz qanuni əsasla nəzərdən keçirilsin”, – deyə Rəfail Hacılı vurğulayıb.

O qeyd edib ki, qanunvericiliyə əsasən, əgər çağırışçı və ya onun valideyni qərarla razı deyilsə, Mərkəzi Çağırış Komissiyasına müraciət edə bilər. Komissiya isə həmin müraciətə baxmalı, çağırışçını yenidən tibbi müayinədən keçirməli və yekun qərar verməlidir:“Maraqlıdır ki, Respublika Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətindən bizə dedilər ki, biz heç nə edə bilmərik, çünki sosialın qərarı var. Halbuki qanunda yazılıb ki, yekun rəy çağırışçıya təqdim edilməlidir. Bizə isə bu günə qədər heç bir sənəd verilməyib”.

Rəfail Hacılının sözlərinə görə, dünən o, Respublika Səfərbərlik Xidməti ilə telefonla əlaqə saxlayıb və ona bildirilib ki, vahid elektron sistemdə oğlunun qərarında “0” qeyd olunub, yəni “heç bir xəstəliyi yoxdur”. Lakin mətbuatın sorğusuna Sosial Xidmət tərəfindən verilən cavabda çağırışçının “ikinci dərəcəli yastıayaqlılıq” xəstəliyinin olduğu təsdiqlənib: “Dedim, bu, mətbuatın rəsmi açıqlamasıdır. Qobuda yerləşən Mərkəzi Hərbi Komissiyanın sədri Kəmalə Quliyeva da mənə demişdi ki, sosialın rəyində heç bir xəstəliyin olmadığı qeyd olunub. Amma bizdə onların öz sənədləri var, orada xəstəlik təsdiqlənib. Özləri də bir növ etiraf edirlər ki, biz sosialla bacarmırıq".

Rəfail Hacılı qeyd edib ki, dünən məhkəmədə çağırışçının müvəqqəti möhlətinin saxlanılması ilə bağlı iclas keçirilməli idi. Lakin qarşı tərəf məhkəməyə gəlmədiyi üçün proses pktyabrın 24-nə təxirə salınıb.

Şikayətçi qeyd olunanlarla bağlı müvafiq qurumlara müraciət edərək məsələnin şəffaf şəkildə araşdırılmasını və yenidən yoxlanış əsasında qərar verilməsini xahiş edir.

"AzPolitika.info" 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:50
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 Oktyabr 2025 20:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri