Icma.az
close
up
RU
Komitə sədri akademikə təbrik məktubu ünvanlayıb

Komitə sədri akademikə təbrik məktubu ünvanlayıb

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyliyə məktub göndərib. Akademikin 75 illik yubileyi ilə bağlı yazılan məktubda deyilir:

“Hörmətli İsa müəllim,

Sizi – görkəmli ictimai, ədəbiyyat və elm xadimini 75 illik yubileyinizlə bağlı təbrik edir, Sizə möhkəm cansağlığı, həyat və fəaliyyətinizdə yeni uğurlar diləyirəm!

Siz XIX-XX yüzillər Azərbaycan ədəbiyyatının mərhələ və problemlərinin, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, M.Şahtaxtinski irsinin araşdırılması, romantik poeziyanın nəzəri problemlərinin tədqiq edilməsi sahəsində sanballı elmi uğurlara imza atmısınız. Ümumən ədəbiyyat nəzəriyyəsi, o cümlədən XX yüzilin əvvəlləri Azərbaycan romantik lirikası, eləcə də, C.Məmmədquluzadənin mühiti, çağdaşları öndə olmaqla Azərbaycan ədəbiyyatı tarixi Sizin əsərlərinizdə çoxsaylı qaynaqlar əsasında geniş işıqlandırılıb, həmin əsərlər özləri ciddi qaynağa, nüfuzlu elmi istinadgaha çevrilib.

Siz 100-dən artıq kitabın, toplam 800-dən çox elmi əsərin müəllifi olaraq, məhsuldar elmi xidmətinizlə seçilirsiniz. Sizin çoxsaylı monoqrafiya, dərslik, dərs vəsaiti, tanıtma kitabı, albom-monoqrafiya, tərtib kitabı və b. nəşrlərin elmi redaktoru, rəyçisi, layihə rəhbəri olmağınız, 20-yə yaxın elmlər doktoru, 30-dan artıq fəlsəfə doktoru yetişdirməyiniz, ümumən xeyirxahlığınız, şöhrətinizə şöhrət qatıb.

AMEA-nın ən önəmli qurumlarından olan Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna, son illər, bütövlükdə AMEA-nın özünə rəhbərliyiniz Sizin xeyirxahlığınızın, xidmətlərinizin üfüqlərini daha da genişləndirib.

Uzun illər Milli Məclisin üzvü olaraq səmərəli fəaliyyətiniz unudulmazdır.

Dövlətimiz Sizin xidmətlərinizi yüksək qiymətləndirib; Siz Azərbaycan Prezidentinin sərəncamları əsasında Əməkdar elm xadimi fəxri adına, “Şöhrət”, “Şərəf” və 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenlərinə layiq görülmüsünüz.

Sizi Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi adından bir daha təbrik edir, elmi-ictimai fəaliyyətinizdə yeni uğurlar diləyir, ən xoş arzularımızı yetirirəm”!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 15 Noyabr 2024 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see324

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see321

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see320

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see314

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see301

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see296

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see294

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see290

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see274

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see266

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see249

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see247

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see244

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see233

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see225

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see225

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see221

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see215

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri