Icma.az
close
up
RU
Komitə sədri Gəncədə din xadimləri ilə görüşüb

Komitə sədri Gəncədə din xadimləri ilə görüşüb

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


Yanvarın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Gəncə şəhərində yerləşən “İmamzadə” Ziyarətgah Kompleksi, “Şah Abbas Cümə” məscidi, “Aleksandr Nevski” Pravoslav kilsəsi, Gəncə şəhər Yəhudi dini icmasının dua evini ziyarət edib.
Newscenter.az xəbər verir ki, Ramin Məmmədov “Şah Abbas Cümə” məscidi və “İmamzadə Ziyarətgah” dini kompleksində fəaliyyət göstərən din xadimləri ilə görüş zamanı bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə milli-mənəvi dəyərlərin, tolerant ənənələrin və dini müxtəlifliyin qorunması sahəsində ardıcıl tədbirlər görür. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunması, o cümlədən dini ibadət yerləri və maddi-mədəniyyət abidələrinin bərpası istiqamətində mühüm layihələr həyata keçirdiyini vurğulan komitə sədri bu təşəbbüslərin çoxmillətli, çoxkonfessiyalı ölkəmizdə multikulturalizm ənənlərinin möhkəmlənməsinə böyük töhfələr verdiyini qeyd edib.
Daha sonra Ramin Məmmədov Gəncə şəhəri “Aleksandr Nevski” adına Rus Pravoslav kilsəsində olub. Kilsə ilə tanışlıqdan sonra burada fəaliyyət göstərən din xadimləri ilə söhbət zamanı Komitə sədri dövlətimizin multikulturalizm və dövlət-din münasibətləri sahəsində əldə etdiyi nailiyyətlərə diqqət çəkib. Qeyd edib ki, Azərbaycanda müxtəlif dinlərə aid ibadət yerlərinin təmir edilməsi və bərpası, mütəmadi olaraq dini qurumlara maddi yardım ayrılması dövlətin dini dəyərlərə həssas münasibətini əks etdirir.
Gəncə şəhər Yəhudi dini icmasının dua evini ziyarət zamanı Komitə sədri bildirib ki, dini müxtəliflik baxımından zəngin ölkəmizdə milli, irqi və dini zəmində heç vaxt ayrı-seçkilik faktı qeydə alınmayıb. Azərbaycan ərazisində məskunlaşan bütün xalqlar arasında qarşılıqlı etimad mühiti formalaşıb. Komitə sədri qeyd edib ki, respublikamızdakı multikultural mühitin mövcudluğu dini dözümlülüyün Azərbaycan xalqının həyat tərzi olduğunu göstərir.
Din xadimləri Azərbaycan dövlətinin dini sahədə siyasətini dəstəklədiklərini, bu sahədə görülən işləri yüksək qiymətləndirdiklərini vurğulayıblar.
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 31 Yanvar 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see358

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see336

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see330

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see329

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see300

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see295

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see287

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see268

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see262

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see250

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see241

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see239

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see220

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see209

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see201

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see196

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see195

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see193

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri