Icma.az
close
up
RU
Komitə sədri Şirvanda din xadimləri ilə görüşüb

Komitə sədri Şirvanda din xadimləri ilə görüşüb

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov noyabrın 14-də Şirvan şəhərində yerləşən “Cümə”, “Şirvan şəhər məscidi” və “Zeynalabidin” məscidlərini ziyarət edib, burada fəaliyyət göstərən din xadimləri ilə görüşüb.

Din xadimləri ilə görüşdə Ramin Məmmədov Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində müəyyən etdiyi siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Ölkə rəhbərliyinin dinlərarası dialoqun inkişafına verdiyi dəstəyin mühüm əhəmiyyətə malik olduğunu, müxtəlif dini konfessiyaların birgə fəaliyyət göstərməsi üçün əlverişli şərait yaradıldığını deyib. Dini icmalar arasında əməkdaşlıq, qarşılıqlı hörmət və dözümlülük mühitinin yaradılması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərin cəmiyyətdəki müxtəlifliyi qorumağa və inkişaf etdirməyə yönəldiyini qeyd edib. Bu istiqamətdə ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edib.

Keçirilən görüşlərdə dini maarifləndirmə məsələsi xüsusi yer alıb. Komitə sədri İslam dininin düzgün şəkildə təbliğinin vacibliyini diqqətə çatdırıb. Dövlətin dini maarifləndirmə sahəsindəki siyasətinin xüsusilə gənclər arasında dini dəyərlərin düzgün formada aşılanmasına yönəldiyini, bu sahədəki fəaliyyətlərin cəmiyyətin mənəvi və mədəni inkişafına töhfə verməyə xidmət etdiyini bildirib. Qeyd edib ki, din xadimləri gənclərimizin kənar qüvvələrin təsirlərindən qorunması üçün dini bilgilərin təhriflərdən uzaq formada çatdırılmasında xüsusi fəallıq nümayiş etdirməlidir.

Din xadimləri dini icmaların, milli-mənəvi dəyərlərin və vəhdət ənənələrinin inkişafına dövlət səviyyəsində göstərilən davamlı diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Din xadimləri ilə görüşlərdə görüləcək işlərə dair müzakirələr aparılıb, müxtəlif təkliflər səsləndirilib.

Cavid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 15 Noyabr 2024 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see418

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see266

İltihablı sızanaqlar yeniyetmənin həyatını alt üst etmişdi. İnteqrativ müalicə ilə həll yolu tapıldı VİDEO

21 Sentyabr 2026 14:56see258

Səyyad Aranın sözlərinə Səhiyyə Nazirliyindən CAVAB

21 Sentyabr 2026 14:49see256

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see254

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see241

Kapadokya Səhiyyə Turizmi Sammitində ölkəmizi ATMU təmsil edib

21 Sentyabr 2026 14:50see238

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see235

Səhiyyə Nazirliyindən Səyyad Arana Cavab

21 Sentyabr 2026 14:47see233

Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı SİYAHI

21 Sentyabr 2026 21:13see228

Prezident İlham Əliyevin çıxışında sülh, dini dialoq və tarixi irs məsələləri ŞƏRH

21 Sentyabr 2026 14:23see225

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

21 Sentyabr 2026 22:32see222

Üzeyir Hacıbəylinin musiqi nəzəriyyəsi sahəsindəki fəaliyyəti

21 Sentyabr 2026 19:02see217

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see216

Bakıda qadından nəhəng, 6 kq lıq şiş çıxarıldı

21 Sentyabr 2026 16:14see214

Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib

21 Sentyabr 2026 21:24see213

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see208

ABŞ nin yeddi hava limanında uçuşlar dayandırılıb

21 Sentyabr 2026 23:31see202

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see199

Qazlı içkilər içənin mədəaltı vəzisi çökür Xəbərdarlıq

21 Sentyabr 2026 23:00see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri