Icma.az
close
up
RU
Komitə sədri Ağdam rayonunda din xadimləri ilə görüşüb

Komitə sədri Ağdam rayonunda din xadimləri ilə görüşüb

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov aprelin 14-də Ağdam rayonu Çəmənli kəndi “Cümşüd” məscidi və Xındırıstan kənd məscidində fəaliyyət göstərən din xadimləri ilə görüşüb.

Komitə sədri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin qorunmasıdır. İşğaldan azad edilmiş ərazilərdə məscidlərin, ziyarətgahların və digər dini ibadət yerlərinin bərpası, yenidən qurulması istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir. Bu, təkcə maddi-mədəni irsin bərpası deyil, eyni zamanda tarixi ədalətin bərpası və xalqımızın mənəvi yaddaşının dirçəldilməsi kimi mühüm əhəmiyyət daşıyır.

Ramin Məmmədov vurğulayıb ki, qloballaşma və informasiya axınının sürətlə artdığı bir dövrdə cəmiyyətin mənəvi dayaqlarının möhkəmləndirilməsi aktuallıq kəsb edir. Bu baxımdan din xadimlərinin üzərinə mühüm vəzifələr düşür. Onların maarifləndirici fəaliyyəti dini biliklərin cəmiyyətə düzgün, balanslı və aydın şəkildə çatdırılması ilə yanaşı, milli kimliyin, mənəvi dəyərlərin və vətənpərvərlik ruhunun gücləndirilməsinə xidmət etməlidir.

Sağlam dini mühitin qorunmasının dövlətçiliyimizin möhkəmləndirilməsinin vacib amillərindən biri olduğunu qeyd edən Dövlət Komitəsinin sədri gənclərlə işin gücləndirilməsinin zəruri olduğunu vurğulayıb. Keçirilən görüşlərin bölgələrdə dini fəaliyyətin yerində qiymətləndirilməsi, din xadimləri ilə birbaşa ünsiyyətin qurulması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Din xadimləri çıxışlarında dini sahəyə göstərilən diqqət və qayğının cəmiyyətin mənəvi inkişafında mühüm rol oynadığını qeyd edərək, ölkədə dini azadlıqların təmin olunması və milli-mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirilən siyasəti yüksək dəyərləndirdiklərini vurğulayıblar.

Cavid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 16 Aprel 2026 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see493

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see398

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see356

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see309

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see275

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see268

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see256

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see248

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see240

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see231

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see226

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see221

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see219

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see217

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see213

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see203

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see199

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see184

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri