Icma.az
close
up
RU
Komitədən 4 milyonluq tenderi Ukrayna Ticarət Evi nin udması ilə bağlı AÇIQLAMA

Komitədən 4 milyonluq tenderi Ukrayna Ticarət Evi nin udması ilə bağlı AÇIQLAMA

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verildiyi kimi Bahar Muradovanın rəhbərlik etdiyi Komitə “Ukrayna Ticarət Evi” MMC ilə birgə “Uşaqlara dair strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün fəaliyyət planının 2025-ci il üçün öhdəlikdə olan müvafiq tədbirlərin təşkili xidmətləri” istiqamətində işlər görəcək.
Bunun üçün komitə MMC ilə birgə ümumilikdə 4 milyondan çox vəsait xərcləyəcək. 
Məlumat üçün bildirək ki, konsaltinq olan “Ukrayna Ticarət Evi” MMC-nin Azərbaycanda uşaqlara dair hansı strategiya həyata keçirməsi barədə məlumatlar yoxdur. Üstəlik MMC-nin belə bir layihə barədə təşəbbüsü, ideya və təklifləri barədə də hansısa informasiyalar mövcud deyil. 
 

MÖVZU İLƏ BAĞLI:
Bahar Muradovanın rəhbərlik etdiyi Komitə “Ukrayna Ticarət Evi” ilə 4 milyondan çox vəsait xərcləyəcək


O zaman Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqlara dair strategiyası olmayan, bu yöndə fəaliyyət istiqaməti, ideyası və təklifləri olmayan bir MMC ilə niyə əməkdaşlıq etməyi seçib?
4 milyon manatdan çox vəsait nəyə xərcələnəcək? 
Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, komitə tərəfindən təşkil olunan tenderlər qurumun müvafiq sahələrdə nəzərdə tutulan illik fəaliyyətinə olan tələbatını əks etdirir:
“Belə ki, sözügedən müqavilələr çərçivəsində 50-ə yaxın iri dövlət əhəmiyyətli tədbirin keçirilməsi nəzərdə tutulur. Sözügedən tenderlər “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən planlaşdırılmış və həmin qanunun 17-ci maddəsinə əsasən mərhələlər üzrə təşkil edilib.
Qeyd etmək lazımdır ki, tədbirlərin təşkili üçün keçirilmiş tenderlərdə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 33.8.2-ci maddəsinə əsasən ən aşağı qiymət təklifi təqdim etmiş təchizatçı qalib elan olunub.
Yeni təsdiq olunmuş “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2023-cü il tarixli 494 nömrəsi qərarının tələblərinə əsasən yalnız bu sahədə təcrübəsi, maliyyə vəziyyəti və işçi qüvvəsi olan təchizatçıların qalib olması mümkündür.
Əlavə olaraq sözügedən sahədə fəaliyyət göstərilməsi üçün müvafiq lisenziya tələbi də mövcud deyil”.
 

Komitədən o da bildirilib ki, qeyd edilənlərə əsasən müsabiqə azad rəqabət şəraitində bütün təchizatçıların iştirakı mümkün olan formada təşkil edilmiş və müvafiq təcrübəyə, maliyyə dayanıqlılığına və işçi qüvvəsinə malik təchizatçı qalib elan edilib.


Həmin müsabiqə nəticələri müvafiq dövlət orqanı tərəfindən təsdiqlənib. 
Qeyd edək ki, sözügedən məlumatı ilk ajans.az xəbər saytı yayıb.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://bizim.media
archiveBu xəbər 14 Fevral 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see661

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see335

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see326

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see326

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see319

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see287

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see283

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see279

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see258

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see257

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see256

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see249

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see240

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see237

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see220

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see218

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see211

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri