Icma.az
close
up
RU
Kommunal xidmətlərlə bağlı Fəaliyyət Planının cari statusu müzakirə olunub

Kommunal xidmətlərlə bağlı Fəaliyyət Planının cari statusu müzakirə olunub

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Noyabrın 14-də "Texnologiya və innovasiyalar" işçi qrupunun tərkibində yaradılmış "Kommunal xidmətlərlə bağlı vahid informasiya sisteminin yaradılması üzrə" Altqrupun növbəti iclası keçirilib.

İclasda Komissiya Katibliyinin rəhbərliyi, Altqrupun rəhbəri, üzvləri, həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Energetika Nazirliyinin rəhbər şəxsləri iştirak ediblər.

İclasda Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 12 avqust tarixli 472 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Elektron Hökumət İnformasiya Sistemi haqqında Əsasnamə"nin 3.2-ci bəndi ilə müəyyən edilmiş "Vahid Kommunal Xidmətlər" altsisteminin yaradılması ilə bağlı mövcud vəziyyət, görülmüş işlər müzakirə edilmiş, həmçinin Altqrupun 2026-cı il üzrə Fəaliyyət Planının planlaşdırılması müzakirə olunub.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Samir Məmmədov açılış nitqi ilə çıxış edərək mövcud vəziyyət, görülmüş işlər haqqında məlumatları iclas iştirakçılarının diqqətinə çatdırdı. Samir Məmmədov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, "Azəriqaz" İB və "Azərişıq" ASC ilə birgə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən minimal işlək məhsulun (MVP) hazırlanmasının başa çatdırıldığını, MVP çərçivəsində ilkin məlumat modelinin və EHİS-in inteqrasiyasının qurulduğunu, modul səviyyəsində veb interfeys, vahid ödəniş, ad dəyişmə, borc idarəetmə və bildiriş funksiyaların layihələndirildiyini bildirdi.

Energetika nazirinin müavini Samir Vəliyev, müvafiq sahədə həyata keçirilən islahatlar çərçivəsində yaradılması nəzərdə tutulan və mühüm yenilik olan "Vahid Kommunal Xidmətlər" altsisteminin əhəmiyyətindən danışdı. O, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 12 avqust tarixli 472 nömrəli Fərmanı ilə təsdiq edilmiş EHİS-in Əsasnaməsinə uyğun olaraq "Vahid Kommunal Xidmətlər" altsisteminin operatoru funskiyasını həyata keçirəcək qurum qismində Energetika Nazirliyinin vəzifələrinin müəyyənləşdirilməsi məqsədilə müvafiq altqrupda təmsil olunan Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələrinin də iştirakı ilə müzakirələrin keçirilməsinin faydalı olacağını bildirdi. Keçiriləcək görüşlərdə altsistemin formalaşdırılması istiqamətində 2026-cı il üçün Yol Xəritəsinin hazırlanması məqsədilə adıçəkilən Agentlik tərəfindən aidiyyəti üzrə təkliflərin təqdim ediləcəyini bildirdi.

Azərbaycan Respublikası Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri Vüsal Şıxalıyev çıxış edərək "Vahid Kommunal Xidmətlər" altsisteminin yaradılması istiqamətində görülən işlərin uğurla aparıldığını, qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində əsas nəticəyə nail olunması istiqamətində mühüm addımlar atıldığı barədə iclas iştirakçılarına məlumat verdi. O, Altqrupun 2026-cı ilə üzrə Fəaliyyət Planının hazırlanmasına başlanılmasını zərurətini qeyd etdi.

Məlumat üçün qeyd edək ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın "Texnologiya və innovasiyalar" İşçi qrupunun tərkibində yaradılmış "Kommunal xidmətlərlə bağlı vahid informasiya sisteminin yaradılması üzrə" Altqrupuna rəhbərliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir (https://azranking.az/az/working-groups).

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Noyabr 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see199

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see169

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see134

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see131

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see125

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri