Icma.az
close
up
RU
Kompostdan istifadə zamanı həm orqanik məhsul əldə edilir, həm də torpağın strukturu yaxşılaşır AZƏRTAC

Kompostdan istifadə zamanı həm orqanik məhsul əldə edilir, həm də torpağın strukturu yaxşılaşır AZƏRTAC

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ağdam, 7 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Dünyada üzvi gübrələrdən istifadə edilməklə orqanik kənd təsərrüfatı məhsullarının istehsalına üstünlük verilir. Bu istiqamətdə daha çox tətbiq olunan üzvi gübrələrdən biri kompostdur.

Aqrar elmlər üzrə fəlsəfə doktoru Bəhruz Nəzərov AZƏRTAC-ın bölgə müxbirinə kompost, onun təsərrüfat əhəmiyyəti, hazırlanması haqqında danışıb.

Mütəxəssis bildirib ki, əsasən üzvi tullantılardan (tökülən ağac yarpaqlarının, digər bitki qalıqlarının, eləcə də tərəvəz və meyvə qalıqlarının, çay-kofe tullantılarının və s.) toplanaraq kompost hazırlanması əkinəyararlı torpaqlarımın tərkibinin yaxşılaşdırılması, humusun miqdarının artırılması istiqamətində atıla biləcək ən uğurlu addımlardandır. Kompost əldə etmək üçün bioloji parçalana bilən materiallardan istifadə edilməlidir.

Kompost torpağı zənginləşdirir, nəm saxlamağa kömək edir, bitki xəstəliklərinin və zərərvericilərinin qarşısını alır. Kimyəvi gübrələrə ehtiyacı azaldır. Mineral gübrələrin baha olması və onun tətbiqi zamanı mineral gübrə qalıqlarının əldə olunan məhsulda toplanması üzvi gübrələrdən daha çox istifadəni şərtləndirir.

Bitki kompostun tərkibində olan qida maddələrini daha tez mənimsəyir. Həmçinin kompost torpaqda olan mikroorqanizmlərin həyat fəaliyyətini gücləndirir ki, bu da torpağın fiziki və mexaniki tərkibinin yaxşılaşmasına səbəb olur. Torpaqların hava və su rejimini yaxşılaşdırır. Kompostdan istifadə torpaq üzvi maddəsinin miqdarını artırır, onu külək və su eroziyasına qarşı davamlı edir. Bitkilərin xəstəlik və ziyanvericilərə qarşı davamlılığı (immuniteti) yüksəlir, meyvə və tərəvəzlərin dad keyfiyyəti, saxlanma müddəti xeyli artır. Kompostun tətbiqi ilə alınmış məhsul tamamilə ekoloji təmiz məhsul hesab olunur. Beləliklə, ətraf mühitin çirklənməsinin qarşısı da alınır.

Bəhruz Nəzərov qeyd edib ki, hər bir fermer kompostu öz təsərrüfatında hazırlayıb tətbiq edə bilər. Kompostu quyuda və ya qıraqları bərkidilmiş torpaq üstü topalarda hazırlamaq olar. Ən yaxşı üsul qıraqları 1,0 – 1,5 metr hündürlükdə bağlanmış topalarda hazırlamaqdır. Topanın həcmi minimum 2-3 kubmetr olmalıdır. Kompost hazırlanacaq yer səthinə 20-25 santımetr qalınlığında küləş və ağac ovuntusu tökmək məsləhətdir. Daha sonra bu təbəqənin üzərinə qarışıq olaraq və ya lay-lay şəklində olmaqla kompost hazırlanacaq materiallar tökülür. Bu materiallara kompostun alınmasını tezləşdirmək üçün mütəmadi olaraq su əlavə olunur. Nəmlik mikrobioloji prosesləri və üzvi qalıqların parçalanmasını tezləşdirir. Eyni zamanda, ən azı 10 gündən bir olmaqla, qarışdırmaq da lazımdır ki, kompost tez ərsəyə gəlsin. Tam hazır kompost 2-3 aya başa gəlir.

Mütəxəssis orqanik gübrələrdən istifadə üçün maarifləndirmə işlərinin aparılmasının əhəmiyyətini vurğulayaraq deyib: “İnsanlar arasında maarifləndirmə tədbirləri həyata keçirilməlidir ki, üzvi qalıqların atılmaması, onların toplanaraq yararlı məhsula çevrilməsi və üzvi gübrə olaraq əkinlərimizə xeyir verməsi üçün kompost hazırlanması işində aktivlik nümayiş etdirsinlər. Kompostdan istifadə olunarsa, həm orqanik kənd təsərrüfatı məhsulları əldə edilər, həm də torpağın strukturu yaxşılaşar”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Dekabr 2024 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri